Sosial 03.03.2020 15:17

Prezidentin bu humanist addımından sui istifadə edilir

Allah eşqinə, Yardımlıda məzlumların haqqının özlərinə qaytarılmasında yardımçı olun…

Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 2019-2030-cu illər üçün ölkəmizdə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğu üçün haqqı ödənilən ictimai işlər mexanizmi müəyyən edilib. Mexanizmin şəffaf şəkildə qurulub fəaliyyət göstərməsindən ötrü “İşsizin DOSTu” proqramı hazırlanıb və bu proqramın icrası ilə əlaqədar “DOST İŞ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. İşsizlik probleminin qismən də olsa aradan qaldırılması naminə bu, çox gözəl mexanizmdir. Di gəl ki, bu mexanizmdən şəxsi məqsədlər üçün istifadə edənlər də tapılır. Nümunə olaraq Yardımlı rayonunu göstərmək olar…

Məsələn, 2020-ci ilin yanvar ayı üzrə Yardımlıda 230 adam “DOST İŞ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətdən məvacib alıb. Fəqət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında öz əksini tapan siyahıda adı keçən adamların bir hissəsi həqiqətən də təyin olunduğu iş yerlərində çalışsalar da, bir çoxu rayon sakini olmasına baxmayaraq, kənar bölgələrdə məskunlaşıb. Daha bir hissəsi isə adları müxtəlif müəsissələrdə qeydiyyatda olsa da işə gəlmirlər. Mən hələ siyahidəki yüksək təqaüd alan insanlardan, ikinci iş yeri kimi bu proqramdan istifadə edən adamlardan söhbət açmıram. Bütün bu neqativ halları yoxlamaq elə də çətin deyil, siyahı var, sadəcə ədalət naminə onun doğruluğunu yoxlamaq lazımdır…

Heç şübhəsiz ki, cənab Prezident bu mexanizmin tətbiqini heç yerdən gəliri olmayan, kasıb, imkansız təbəqənin bəhrələnməsi üçün nəzərdə tutub. Axı bu gün Yardımlıda evinə bir qəpik də olsun maddi vəsait daxil olmayan ailələr var. Onlar el-oba adamlarının verdiyi yardımla yaşayırlar. Belə adamları həmin işlərə cəlb etsələr yaxşı olmazmı?..

Bəli, yerlərdə möhtərəm Prezidentin bu humanist addımından sui istifadə edənlər var. Bu işə bilavasitə nəzarət edən insanlara ürək yanğısıyla müraciət edirəm:- Cənablar, aşağıda təqdim etdiyim bu siyahının nə dərəcədə dürüst olduğunu yoxlayandan sonra, dediklərimə əmin olacaqsınız…

Allah eşqinə, məzlumların haqqının özlərinə qaytarılmasında yardımçı olun…

“DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Yardımlı rayonu üzrə yanvar ayında əməkhaqqı alan ictimai işçilərin siyahısı ilə burada tanış ola bilərsiniz.

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO