Müsahibə 15.02.2023 18:21

Qərbi Azərbaycan Xronikası: Pofessor İbrahim Bayramov ilə müsahibə – ANONS

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedoqoji Universitetin elmi-təşkilati şöbəsinin müdiri, 1988-ci ildə Göyçə mahalından deportasiya olunmuş İbrahim Bayramov müsahibəsində Qərbi Azərvaycanın tarixindən, elm-təhsil mühitindən, siyasi mənzərəsindən söz açıb.

 

O, ermənilərin azərbaycanlılara qarşı etnik-təmizləmə siyasətindən, deportasiyalarından, yerli sakinlərə yaradılan süni maneələrdən, terror və soyqırımdan danışıb, oğuz türklərinə aid toponimlərin, yer-yurd adlarının dəyişdirilməsini  apardığı araşdırmalarla əsaslı şəkildə sübut edib.

Professor vaxtilə rəhbərlik etdiyi Çöyçə mahalının Toxulca kənd orta məktəbində, eləcə də ali təhsil aldığı İrəvan şəhərində yaşadığı hadisələri xatırladıb, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşünün tarixi əhəmiyyətindən bəhs edib.

İ.Bayramov Ermənistan adlı dövlətin tarixi Azərbaycan torpaqlarında qurulduğunu və azərbaycanlıların yenidən doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirib.

Müsahibəni fevralın 15-də saat 22:00-da DOĞULMAMIŞ AZƏRBAYCANLILARI ÖLDÜRƏN ERMƏNİLƏR adı ilə Baku Tv-nin efirində və YouTube kanalında izləyə bilərsiniz. 

 Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

XƏBƏR LENTİ
Müsahibə / 16.02.2023 01:10
Qərbi Azərbaycan Xronikası: Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub - FOTO - VİDEO
Hadisə / 16.02.2023 01:04
Qərbi Azərbaycan Xronikasında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışılıb - VİDEO
Gündəm / 15.02.2023 21:58
Doğulmamış azərbaycanlıları öldürən ermənilər - VİDEO
Müsahibə, Siyasi / 15.02.2023 18:21
Qərbi Azərbaycan Xronikası: Pofessor İbrahim Bayramov ilə müsahibə – ANONS
Gündəm, Mətbuat / 09.02.2023 14:32
Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”
Mətbuat / 09.02.2023 14:20
Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlı jurnalistin ailəsini necə parçaladı? - VİDEO
Gündəm, Siyasi / 09.02.2023 11:25
Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Mətbuat, Siyasi / 08.02.2023 19:00
“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası
Gündəm, Siyasi / 08.02.2023 17:25
Jurnalistin “Həyat hekayəsi” bu gün Baku Tv-nin efirində – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.02.2023 20:07
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Siyasi, Təhlil / 04.02.2023 17:35
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ
Elm və təhsil, Mədəni / 02.02.2023 13:26
“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO
Gündəm, Siyasi, Təhlil / 31.01.2023 11:00
Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
“Qatarlarla sərvəti daşınan Qərbi Azərbaycan” - VİDEO
Gündəm / 30.01.2023 19:10
Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində
Elm və təhsil, Müsahibə / 26.01.2023 15:39
İsmayıl Rafiqoğlu: “Abşeron zəfəranı daha keyfiyyətlidir” - FOTO
Hərbi, Mədəni / 16.01.2023 19:12
“Zəfərə gedən yol”
Mədəni / 14.01.2023 11:50
Yerin, göyün bir quşu var, qardaşım…
Gündəm / 13.01.2023 13:05
Ulu Öndər region və dünya üçün önəmli şəxsiyyət idi – Heydər ƏIiyevi səfərlərdə müşayiət etmiş jurnalist xatirələrini danışır
Gündəm / 01.01.2023 00:05
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti
Gündəm / 12.12.2022 08:00
Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür
Elm və təhsil, Gündəm / 08.12.2022 20:04
Ələkbər Həsənli – Göyçəmizin göynək yaralı ziyalısı - FOTO
Mədəni / 05.12.2022 16:04
“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO
Siyasi / 04.12.2022 14:50
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əməyinin bəhrəsidir – MƏQALƏ
Mədəni / 29.11.2022 12:53
Duyan üçün teatrın dili yoxdur… – TAMAŞADAN TƏƏSSÜRAT