Maraqlı 11.05.2019 11:11

Prostat vəzinin yaratdığı fəsadlardan qurtulun – MƏSLƏHƏT

“Bu ağrılar məni lap təngə gətirib. Tez-tez sidiyə gedirəm. Halım hər gün daha da pisləşir. İştaham tamamilə yox olub. Yuxusuzluqdan əziyyət çəkirəm” kimi şikayət edən az kişi yoxdur. Bunlar prostat vəzinin yaratdığı fəsadlarıdr”.

Rakus.az xəbər verir ki, hazırda prostat vəzi şişindən dünyasını dəyişən kişilərin sayı ağciyər xərçəngindən sonra ikinci yerdədir. Prostat vəzi ifrazedici vəzi ünsürlərindən, əzələ liflərindən və birləşdirici toxumadan ibarətdir. O orqanizmdə qoruyucu funksiyanı yerinə yetirib, hormonların miqdarını daim qaydada saxlayır. Prostat vəzinin şişi də bu hormondan asılıdır. O, gedişatına görə, iki hissəyə bölünür: yavaş və bədxassəli. Bəzən şiş yavaş-yavaş inkişaf edir. Bu halda o uzun illər özünü büruzə vermir. Bəzənsə, şiş tez metastaz verir. Belə şişin digər orqanlara yayılma təhlükəsi də yüksəkdir.

Xəstəliyin məkanı: sidik kisəsi, prostat vəzi, çanaq.

Əgər sizdə…

Qarın aşağısında ağrılar, sidiyə gedərkən narahatlıq, göynəlti, sidikdə qan varsa, çanaq, bud, onurğa, sinə nahiyəsində ağrılar olursa, sümükləriniz sızıldayırsa, demək siz, prostat vəzi şişindən əziyyət çəkirsiniz. Xəstəlik zamanı qəfil arıqlama, zəiflik, dərinin ağarması kimi hallar da müşahidə edilir. Xəstəliyə düçar olan insanlar daim yorğun olurlar, hərarətləri yerli-yersiz qalxır.

Səbəb nədir?

Bu xəstəliyin yaranma səbəbləri hələ də tam öyrənilməyib. İlkin mülahizələrə görə şişin yaranma səbəbi hormonal dəyişikliklər, kişi cinsi hormonunun – testosteronun səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Xəstəliyin yaranma səbəbləri arasında yaş həddinin də rolu böyükdür. Bu xəstəliyə daha çox 45 yaşdan sonra olan kişilərdə rast gəlinir. Böyrəklərdə daş olması da prostat vəzi şişinə gətirib çıxarır. Cinsi əlaqədə az və ya həddindən çox olmaq, xroniki, zöhrəvi və uroloji xəstəliklər də prostat vəzi şişinə gətirib çıxaran amillərdəndir.

Kimlər risk altındadır

· Vaxtlı-vaxtında qidalanmayanlar
· Düzgün pəhriz saxlamayanlar
· Oturaq iş rejimində işləyənlər və az hərəkət edənlər
· Qəbizlikdən əziyyət çəkənlər
· Stress
· Həddindən artıq fiziki işlə məşğul olanlar
· Siqaret çəkənlər
· Prostat vəzi adenomasından əziyyət çəkənlər
· Nəsildə kimdəsə prostat vəzi xərçəngi olanlar
· Təmiz havada az gəzənlər
· İdmanla çox məşğul olanlar
· Sistit xəstələri

Xəstəliyin dəhşətli fəsadları:

Çox vaxt insanlar orqanizmdə yaranan naməlum ağrılara, sidik kisəsindəki göynərtilərə əhəmiyyət vermirlər. Elə buna görə də kiçik problem böyüyərək, şişə çevrilir. Müalicəsiz qalan xəstəlik insan həyatı üçün çox təhlükəlidir. Əgər şiş əllə toxunulanda hiss olunursa, demək, xəstəliyin müalicəsi gecikdirilib. Əgər prostat vəzidəki şiş  vaxtında çıxarılmasa metastazlar (əlavə şişlər) əmələ gələr. Belə halda onun sümük, ağciyər, qaraciyər xərçənginə çevrilmə ehtimalı yüksəkdir. Hətta metastazlar böyrəküstü vəzə də yayılacaq. Bu da ölümlə nəticələnə bilər. Prostat vəzi şişi sonsuzluğa gətirib çıxarır. Əgər şiş çox böyüyərsə, sidik kanalını tamamilə bağlayar.

Müalicə necə aparılmalıdır?

Müalicə üç üsulla aparılır: operativ, medikamentoz və şüa müalicəsi. Şiş metastaza çevrilmədiyi halda operativ müalicə üsulundan istifadə edirlər. Medikamentoz müalicə hormonlarla aparılır. Hormonal preparatlar qandakı testosteronun miqdarını qaydaya salır, bu da şişin inkişaf sürətini azaldır. Hormonlarla müalicə xəstəliyi tamamilə aradan qaldırmasa da, onun inkişafının qarşısını alır, xəstənin halını yaxşılaşdırır. Amma hormonal preparatları özbaşına qəbul etmək olmaz. Çünki onlar arterial təzyiqin yüksəlməsinə və bir çox problemlərin yaranmasına səbəb olur. Şüa terapiyası isə şişin metastaza keçməsinin qarşısını alır və xəstənin ömrünü uzadır. Ümumiyyətlə, prostat vəzinin şişini dərman müalicəsi ilə tamamilə aradan qaldırmaq mümkün deyil. Onu yalnız cərrahi üsulla sağaltmaq olar.

Profilaktik tədbir:

Prostat vəzinin şişi zamanı soyuq havada, oturaq vəziyyətdə çox qalmamalısan. Ən əsası siqaret çəkməməlisən. Vitamin və minerallarla zəngin qidalardan çox istifadə edilməlidir. Qida rasionundan mütləq tərkibində nişasta və şəkər olan ərzaqları yığışdırmalısan. Yemək zamanı qətiyyən su içmək olmaz. Ədviyyatlı, tərkibində istiot olan sous, pendir, yumurta, yağlı yeməklər yemək, qaynar çay və kofe içmək qadağandır. Xəstəlik zamanı tez-tez xırda doğranmış soğan yemək xeyirlidir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO