Elm və təhsil 04.06.2025 22:34

“Prototürklər Qafqazda əsas tayfalar olmuşdular” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rus canişini türk adını qadağan etdi” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarix elmləri doktoru, professor  Abbas Seyidov Rusiyanın tatarlaşdırmaq siyasətinin mahiyyətindən danışıb.

O bildirib ki, Azərbaycan xalqının etnogenezində əsas yeri türklər tutur. Rus canişini türk adını qadağan edib, tatarlaşdırmaq siyasəti aparıb. Prototürklər Qafqazda əsas tayfalar olmuşdular. Qafqaz xalqları bura köçmədir. Türklər Qafqaza 12-əsrdə gəlibsə, burada 5-ci əsrdə Dədə Qorqud dastanını necə yaradıblar?

Onun sözlərinə görə, ərəblər bura gələndə artıq Azərbaycan xalqı formalaşdmışdı: “Orta Tunc dövründə türklər Qafqazdan şimal ərazilərə köç ediblər. Erkən Tunc dövründə Qafqazda yaşayan türklər, son tunc dövründə geri qayıtdılar”.

A.Seyidov deyib ki, tapılan boyalı qablar böyük türk tarixinin əsas elementidir: “Kür-Araz mədəniyyətinin əsas izlərini türklər Qərbi Azərbaycanda, naxçıvanda yaradıblar. Türklər zaman-zaman ata yurdları Qafqaza geri qayıdırdılar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 4-də saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi, Sosial / 05.06.2025 00:02
Susuzluq kəndi şəhidləri xatirə lövhəsində yaşadır - FOTO
Elm və təhsil / 04.06.2025 22:34
“Prototürklər Qafqazda əsas tayfalar olmuşdular” - VİDEO
Mətbuat, Sosial / 04.06.2025 20:20
Məhərrəmin qol saatı - FOTO
Elm və təhsil / 04.06.2025 15:32
Rusiyanın tatarlaşdırmaq siyasətinin mahiyyəti – ANONS
Gündəm, Mətbuat / 04.06.2025 14:47
Məhərrəm İbrahimovun məzarı 4-cü ildönümündə ziyarət edilib - FOTO
Gündəm, Hərbi / 04.06.2025 00:01
Susuzluq faciəsi – Şəhid jurnalistlərin minaya düşməsindən 4 il ötür - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 22:19
Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 03.06.2025 19:07
“Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 14:31
“Türkmənçay”ın qurbanı olan kənd – ANONS - VİDEO
Siyasi / 03.06.2025 13:31
Qafqazda “Sülh Oazisi”i yarana bilər – ANONS - VİDEO
Video müsahibə / 02.06.2025 22:10
“Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var” - VİDEO
Elm və təhsil, Mədəni / 31.05.2025 22:46
“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”
Siyasi / 29.05.2025 14:57
Bakının İrəvandan tələbi … – ANONS
Mədəni / 28.05.2025 22:15
“Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları” - VİDEO
Mədəni / 28.05.2025 14:09
Protürklər Qərbi Azərbaycanda yaşayıb – ANONS - VİDEO
Gündəm / 28.05.2025 00:02
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Sosial / 27.05.2025 22:49
Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO