Elm və təhsil 26.03.2025 22:55

“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Saci sikkələrin üzərində Azərbaycan yazılırdı” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə yunan, roma, ərəb və İran mənbələrində yazılan tarixi həqiqətlər, bu dövrlərdə Ermənistanın dövlət adı kimi qeyd olunmamasından danışıb.

O bildirib ki, ərəblər bu bölgənin işğal elindən sonra ilk vaxtlarda  Azərbaycan ifadəsi işlənirdi: “Ərəb əmirliyinin cənubi Qafqazda əsas mərkəzi Bərdə idi. Dvin də Bərdə də Azərbaycan şəhəri idi. Saci sikkələrin üzərində Azərbaycan yazılırdı. Pulların üzərində “Ərməniyyə” yox, Azərbaycan ifadəsi var idi. Bu ərazini həmişə Azərbaycan sülalələri idarə edib. Ərəb işğalına qədər bu ərazi Azərbaycan qeyd olunurdu”.

Onun sözlərinə görə, Ermənistan dövləti adı 1918-ci ildə ortaya çıxıb: “Dərbənd kitabəsi üzərində Azərbaycan ölkəsinin adı səkilir. Sacilər bütün Şimallı, Cənublu Azərbaycanı birləşdiriblər. Roma, yunan dönəmində Ermənistan dövlət adı kimi qeyd olunmur. Ərəblər Arameylər olan ərazini Ərməniyyə adlandırdı. Refionu tanıyan ərəb səyyahları Azərbaycan adlarını olduğu kimi verib”.

R.Əlizadə vurğulayıb ki, qədim ərəb və İran mənbələri regionun əsas ölkəsi Azərbaycan qeyd olunur: “16-cı əsr Venesiya xəritəsində Qərbi Azərbaycan türk adları ilə verilib. Ermənilər ilə urartulular bir-biri ilə vuruşan, fərqli danışan toplumdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 19:17
“Ermənilər başa düşməlidirlər ki, daim müharibə etmək olmaz” - VİDEO
Gündəm / 18.03.2025 17:11
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Siyasi, Sosial / 18.03.2025 14:19
“Adı üç formada qeyd olunan kənd” – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 13:22
Ermənistanın sülhə daha çox ehtiyacı var – ANONS - VİDEO
İqtisadi / 18.03.2025 11:22
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən yeni körpü istifadəyə verilib - FOTO
Mədəni / 18.03.2025 00:02
Bu gün Torpaq çərşənbəsidir - FOTO
Elm və təhsil, Video müsahibə / 17.03.2025 22:20
“Vaxtilə ermənilər kilsələri hərbi bazalara çevirmişdilər” - VİDEO
Siyasi, Təhlil / 17.03.2025 15:19
Abbas Araqçının İrəvan səfərinin məqsədi nədir? - FOTO - VİDEO
Mədəni / 15.03.2025 22:54
“Qara bayram qədim türk inancı ilə bağlı idi” - VİDEO
Siyasi, Sosial / 14.03.2025 22:19
“Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.03.2025 13:15
Uşaqlığı erməni “əsirliyində” qalan Xanımzər Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 13.03.2025 22:17
“Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı” - VİDEO
Təhlil / 13.03.2025 13:42
Ermənilər sirləri Bakıda açır – ANONS - VİDEO
Elm və təhsil / 12.03.2025 22:29
“Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralar qədim xəritələrə əlavə edilib” - FOTO - VİDEO