Təhlil 21.08.2019 23:39

Putinlə 20 illik Rusiya – etiraz, həbs, azadlıq – TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin bu avqustda hakimiyyətə gəlməsinin 20 illik yubileyini qeyd edir.

Rakus.az xəbər verir ki, prezidentliyinin ilk dönəmi 1999-cu ildən 2008-ci ilə qədər olub.

Dörd il baş nazir vəzifəsində çalışdıqdan sonra o, 2012-ci ildə yenidən prezident olub. Putinin hakimiyyətdə 20 ilini qeyd etməsi Rusiya iqtisadiyyatında durğunluq dövrünə təsadüf edir.

Ekspertlər Rusiya liderinin 2024-cü ildə keçiriləcək seçkilər öncəsi reytinqlərini yüksəltmək üçün hərbi sahəyə böyük sərmayə qoymağa çalışdığını deyirlər.

Hakimiyyətdə 20 illiyinin tamam olduğu zaman prezident Vladimir Putin Moskvadan kənarda çox vaxt keçirib. O, sualtı gəmi ilə Fin Körfəzinin dərinliklərinə enib, Rusiyanın “Gecə canavarları” klubunun üzvləri ilə motosiklet sürüb, Krımın magistral yolunun inşasını yoxlayıb və kiçik balerinaya tərəfdaşlıq edib.

Lakin Rusiyanın başqa yerlərində – Moskva və Sankt-Peterburqda davam edən etirazlar Putinin populyarlığının azalmasına işarədir. “Mövcud rejim biz gəncləri boğur. Bizim hüquqi sferada fəaliyyət göstərməyimizə, siyasi baxışlarımızı bildirməyimizə icazə verilmir. Buna görə də çıxış yolunu yalnız küçələrə çıxaraq dinc nümayiş keçirməkdə və hakimiyyətdəki insanlardan bizi dinləmələrini tələb etməkdə görürük” – deyə, İvan adlı tələbə bildirir.

Marat Gelman isə “Rusiyada hakimiyyət güclü bir şəxsin əlində cəmləşir. Buna etiraz etməsək, çox keçmədən bu baş verəcək” deyir.

Rusiyadakı müstəqil “Levada” mərkəzinin hesablamalarına görə, əhalinin 38 faizi Putinin prezidentlik dönəminin başa çatdığı 2024-cü ildə onu bir daha hakimiyyətdə görmək istəmir. Lakin əhalinin 54 faizi oktyabr ayında 67 yaşı tamam olan Putinin 2024-cü ildən sonra da prezidentliyini davam etdirməsini istəyir. Əksəriyyətin dəstəyinə baxmayaraq, bəzi təhlilçilər deyir ki, belə bir şəraitdə Putin özünü rahat hiss etməyə bilər. Kiril Roqov: “Rusiya prezidenti azalan dəstəyini bərpa etmək üçün daha radikal və ekzotik yollar axtarmalıdır.”

Ekspertlər Putinin populyarlığının sonuncu dəfə 2014-cü ildə də azaldığını deyirlər. Xalqın Putinə münasibəti Rusiyanın Krımı ilhaq etməsindən sonra dəyişdi. Onlar həmçinin Putinin Yaxın Şərq münaqişəsinə hərbi müdaxilədən tutmuş, Çinlə yaxın əlaqələrə qədər, Rusiyanın regional və qlobal rolunu genişləndirməsini dəstəklədi.

Lakin hazırda Rusiya iqtisadiyyatı durğunluq dövrünü yaşayır. 2019-cü ilin ilk aylarından başlayaraq ümumi daxili məhsulun artımı zəifləyib və əhalinin gəlirləri 5 ildir durmadan azalır. Rusiyanın “Rosstat” statistika agentliyinə istinadən bildirilir ki, Rusiya iqtisadiyyatı üç dəfə zəifləyib. Bu, 2000-ci ildə neft qiymətləri və Putinin populyarlığının yüksək olduğu vaxtlarla böyük təzad təşkil edir.

Bəzi təhlilçilər iqtisadiyyatı qaldıra bilməyən Putinin pulu hərbi sahədə islahatlara xərclədiyini deyirlər. Aleksandr Qoltz: Gürcüstan müharibəsindən sonra həyata keçirilən hərbi islahatlar Vladimir Putin üçün böyük uğur idi.”

Ekspertlərin fikrincə, Vladimir Putinin orduya güvənməsi onun hazırkı prezidentlik müddətinin 2024-cü ildə başa çatana qədər rəhbərlik tərzinin tam dəyişməsinə gətirib çıxara bilər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO