Sosial 10.04.2019 15:39

“Qaçqınkom” şəhid ailəsinə biganədir

 

Ölkəmizdə şəhid ailələrinə ən yüksək səviyyədə qayğı və diqqət göstərildiyini görəndə redaksiyamıza müraciət edən şəhid ailəsinin şikayətləri qarşısında donub qaldıq. Yəni bu qədər də ağır şəraitdə yaşayan şəhid ailəsi olarmı?

Təcili evlərinə yollandıq. Eşitdiklərimizdən və gördüklərimizdən sözün həqiqi mənasında dəhşətə gəldik.

İlk olaraq məlumat aldıq ki, torpaqlarımızın müdafiəsində dayanan ailənin başçısı Əbülfət Almirzəyev əvvəlcə Zəngilan, rayonun işğalından sonra isə Füzuli bölgəsində olub. Vətənə layiqincə xidmət edən əsgər 1994-cü ilin fevralın 2-də qanlı döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edərək qəhrəmancasına həlak olub. Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Əbülfət şəhid olanda qızı 6 aylıq idi. Zəngilan rayonundan məcburi köçkün olan ailə – yoldaşı Xavər xanım qızı ilə onun ölümündən sonra bir müddət yataqxanada sığıınacaq tapıb. Burada da adi bir şərait olmadığından özü kimi məcburi köçkün olan qardaş-bacısının yanına gedib. Hazırda Sabunçu rayonunun Sabunçu qəsəbəsində (Natəvan küçəsi 20) qarajda yaşayır.

Şəhid ailəsinin yaşayış şəraiti son dərəcə ağırdı. Anasının yanında yaşayan Xavər xanım keçirdiyi ağır sarsıntıları kədər hissi danışır: “Bura qaraj idi, maşınları bu otaqda təmir edirdilər, hər tərəf mazuta bulanmışdı. Yaşamaq üçün yeganə yolumuz bura oldu. Dəfələrflə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Həmişə də deyiblər ki, qaçqınlar üçün ev tikilərsə, sizi də nəzərə alacağıq. Ancaq möhtərəm Prezidentimizin qayğısı sayəsində məcburi köçkünlərin şəraiti duradan yaxşılaşır, bizə isə bir köməklik edən yoxdur. Baxımsız vəziyyətdə bu şəraitdə yaşayırıq. Min-bir əzab içində qızımü necə böyütdüyümü isə bir Allah bilir”.

Xavər xanım bildirdi ki, sonuncu dəfə bu ilin mart ayının 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə gedərək mənzil üçün növbəti dəfə yazılı müraciət edib:  “Ordan bildirdilər ki, 10 gün ərzində sizə ərizə ilə bağlı məlumat veriləcək.  Ancaq bu günə qədər bir məlumat verilməyib”.

Məsələni araşdırmaq üçün dünən səhər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xitməti ilə əlaqə saxlayaq şəhid ailəsinin ərizəsinin taleyi ilə maraqlanmaq istədik. Operativ məlumat verəcəklərini bildirsələr də indiyə qədər heç bir cavab yoxdur.

Mikayıl Nərimanoğlu

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO