Siyasi 31.03.2025 11:56

QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması (QAİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Rakus.az xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlıların bu günü dərin kədərlə anıldığı deyilir.

“1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımını təcəssüm edən dəhşətli bir hadisədir.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi azərbaycanlıları bir etnik qrup kimi məhv edərək, tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub”, – bəyanatda vurğulanıb.

Bəyanatda bildirilib ki, erməni siyasi birlikləri, silahlı qrupları və daha sonra Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirərək, çoxsaylı yerlərdə kütləvi qətliamlar törətmiş, azərbaycanlıları öz doğma yerlərindən zorla çıxarıb və onların mədəni irsini sistemli şəkildə məhv ediblər:

“Azərbaycan xalqına qarşı soyqırımı aktları tarixi Azərbaycan torpaqlarının, demək olar ki, bütün hissələrində törədilib. 1918-20-ci illərdə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törədilib və etnik təmizləmə həyata keçirilib.

Yüzminlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində Ermənistan ərazisində vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-53, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar”.

QAİ-nin bəyanatında, həmçinin qeyd edilib ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb:

“Ermənistanın 1991-94-cü illərdə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək orada çoxsaylı qətliamlar törətməsi, 800 min azərbaycanlını oradan qovması, Azərbaycan mədəni irsini dağıtması soyqırımı siyasətinin tərkib hissəsidir.

Təəssüf ki, Ermənistan öz məsuliyyətini etiraf edib sülh, ədalət və barışığın əldə olunması üçün lazımi addımlar atmaq əvəzinə, etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir və sülhə zidd addımlar atır. Azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürlər şöhrətləndirilir və njdeizm kimi nasist ideologiya dövlət səviyyəsində təbliğ edilir. Xüsusilə təəssüf doğuran hal odur ki, Ermənistan hökuməti müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Azərbaycanda davam edən məhkəmə prosesinə yardım etmək əvəzinə, ona hər vəchlə mane olmağa çalışır və cəzasızlıq mühitini təşviq edir”.

Bəyanatda vurğulanıb ki, Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququna mane olmaqla irqçi siyasətini davam etdirir və soyqırımı yolu ilə yaratdığı monoetnikliyini qoruyub-saxlamağa çalışır:

“Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir”.

XƏBƏR LENTİ
Siyasi / 31.03.2025 11:56
QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 19:17
“Ermənilər başa düşməlidirlər ki, daim müharibə etmək olmaz” - VİDEO
Gündəm / 18.03.2025 17:11
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Siyasi, Sosial / 18.03.2025 14:19
“Adı üç formada qeyd olunan kənd” – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 13:22
Ermənistanın sülhə daha çox ehtiyacı var – ANONS - VİDEO
İqtisadi / 18.03.2025 11:22
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən yeni körpü istifadəyə verilib - FOTO