Qala kəndində şəhid Ədalət İbrahimovun xatirə löhvəsi açılıb - FOTO
Bu gün Qala kəndində Birinci Qarabağ savaşında şəhid olan Ədalət Tanırverdi oğlu İbrahimovun adını daşıdığı küçədə yerləşən evin qarşısına vurulan xatirə löhvəsinin açılıçı olub.
Rakus.az xəbər verir ki, mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin, Qala kənd bələdiyyəsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin doğmaları, qohumları iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Vətən yolunda şücaət göstərərək şəhid olanların xatirəsi həmişə əziz tutulur: “Ədalət İbrahimovun yaşadığı ömür yolu çətin və şərəfli olub. O gənc ikən həyatını müstəqillik uğrunda qurban verərək şəhidlik zirvəsinə ucalıb. Onun qəhrıəmanlıq yolu gənc nəsil üçün örnəkdir. Bu xatirə lövhəsi də onun adının əbədiləşdirilməsi üçün yaşadığı evin qarşısında qoyulub”.
Şəhidin valideynləri – atası Tanrıverdi İbrahimov, anası Səkinə İbrahimova, xalası Gülxar Səmədova övladlarının keçdiyi ləyaqətli ömür yolundan fəxrlə danışıb, göstərilən diqqət və qayğıya görə təşəkkür edib, xalq, millət, Vətən, torpaq yolunda canlarından keçən mərd mübarizlərə Allahdan rəhmət diləyiblər.
Sonra xatirə lövhəsi üzərindən ağ örpək götürülüb, lövhənin önünə əklil qoyulub və xatirə şəkili çəkdirilib.
Xatırladaq ki, Ədalət İbrahimov 1973-cü ildə Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndində doğulub. 1994-cü il aprelin 24-də Ağdamın Güllücə kəndində şəhid olub. Qala kəndində dəfn olunub. Hazırda xatirə lövhəsinin vurulduğu küçə onun adını daşıyır.
Allah rəhmət etsin!