İdman 21.09.2024 21:46

“Turan” və “Qoşabulaq” sahədən qalib ayrılıb - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə bu gün, sentyabrın 21-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində 2-ci turun qruplar üzrə oyunları baş tutub.

Rakus.az xəbər verir ki, A və B qrupu üzrə iki qarşılaşma olub.

İlk olaraq saat 19:00-da “Turan” ilə “Report” güclərini sınayıb. 

Bu oyun “Report” üçün turnirə davam və tamam matçı əhəmiyyəti daşıyırdı. Qrupda ilk oyunda məğlub olan media təmsilçisi aktivinə 3 xal yazdırmaq üçün sahədən qalib ayrılmaq istəsə də buna müvəffəq ola bilməyib.  “Turan” isə qrupda birinci görüşündə sahədən qalib ayrılaraq rəqibin qapısından 10 top keçirib. “Report” bu qollar dan 2-nin əvəzini çıxsada qrupda qalmaq şansını itirib.

21 sentyabr

II tur

A qrupu

19:00 “Turan” – “Report”- 10:2

Qollar: Fərid Əliyev 6, Orxan Qasımov 2, Mətin Alməmmədli 1, Sənan Ocaqverdiyev 1 – (“Turan”)

Rüstəm Abdullayev 2 (“Report”)

Hakimlər: Ramil Namazov, Vüsal Balaşov

Bu oyunun ardından saat  20:00-da “Baku Ws” ilə “Qoşabulaq” qarşılaşıb.

Hər iki kamandanı yaşıl meydanı gülərək tərk etməsi üçün gərgin mübarizə gedib. “Qoşabulaq” ilk görüşündə məğlub olub, “Baku Ws” isə tamaşaçılar qarşısına ilk dəfə çıxıb. Maraqlı və gərgin keçən oyun yaddaqalan olub. “Qoşabulaq” ilk hissədə oyunu ələ alıb və fasiləyə 2:0 üstünlüklə gedib. İkinci hissədə “Baku Ws” gücünü artırsada fayda verməyib, rəqibinin qapısından cəmi 3 top keçirib. “Qoşabulaq” oyunun sonlarına doğru daha üstün oyun nümayiş etdirib və yaşıl meydandan 4:3 hesabı ilə qalib ayrılıb. Bununlada qrupda maraqlı vəziyyət yaranıb. Aktivinə 3 xal yazdıran qoşabulaqlılar qrupdan çıxmaq üçün  son oyunu – “Gənclər 2020″ ilə “Baku Ws” qarşılaşmasının nəticəsini gözləməlidir.

21 Sentyabr

II tur

B qrupu

20:00 BakuWS- “Qoşabulaq” – 4:3

Qollar: Anar Verdiyev 1, Elgün Yusibov 3 – (“Qoşabulaq”)

Orxan Quseynov 2, Ariz Həsənov 1  – (“Baku Ws”)

Sarı kart: İlqar Xələfli, Bəxtiyar Əliyev (“Qoşabulaq”)

Hakimlər: Ramil Namazov, Vüsal Balaşov

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

XƏBƏR LENTİ
İdman / 23.09.2024 10:21
AzTv qələbə qazandı, “Nərimanlı” qrupu tərk etdi
İdman / 22.09.2024 21:36
“Zəfər 44” uduzdu, “Ardanış” qrupu lideri oldu - FOTO
İdman / 22.09.2024 09:05
“Ardanış” “Zəfər 44”ə, AzTv–”Nərimanlı”ya qarşı
Elm və təhsil, Mədəni / 21.09.2024 22:32
“Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub” - FOTO - VİDEO
İdman / 21.09.2024 21:46
“Turan” və “Qoşabulaq” sahədən qalib ayrılıb - FOTO
Elm və təhsil / 21.09.2024 14:30
Haxışta mərasimi nədir – ANONS - VİDEO
İdman / 21.09.2024 10:09
“Turan”-“Report”, “Baku Ws”-“Qoşabulaq” – yaşıl meydanı kimlər gülərək tərk edəcək?
Elm və təhsil, Siyasi / 20.09.2024 21:41
“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” - FOTO - VİDEO
Elm və təhsil / 20.09.2024 20:12
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib
Elm və təhsil, Siyasi / 20.09.2024 13:07
İtirilmiş yurdun xatirələri – Mirfaiq Mirheydərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 20.09.2024 10:03
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Gündəm / 20.09.2024 09:08
İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımı
Gündəm / 20.09.2024 09:01
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
İqtisadi / 20.09.2024 08:00
Azərbaycan Neftçilər Gününü qeyd edir
Gündəm / 20.09.2024 00:02
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Təhlil / 19.09.2024 22:00
“Rəsmi Bakı bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq” - FOTO - VİDEO
İdman / 19.09.2024 14:15
Xatirə turniri ilə bağlı telekanal və saytların YAZI VƏ SÜJETLƏRİ - VİDEO
Təhlil / 19.09.2024 13:41
Qərbi Zəngəzurda “müharibə” – ANONS - VİDEO
İdman / 19.09.2024 10:02
Turnirin ilk həftəsinin yaddaqalan məqamları - FOTO
Elm və təhsil, Siyasi / 18.09.2024 21:50
Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi, Ağdağ və Ağdan – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 18.09.2024 14:23
Ermənilərin “ad dəyişmə terroru” – ANONS - VİDEO
İdman / 18.09.2024 12:37
İlk həftə oyunlarının XÜLASƏSİ
İdman / 18.09.2024 11:49
İlk oyunların mənzərəsi: epizodlar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Elm və təhsil / 17.09.2024 22:56
Erməni məkri və bizim biganəliyimiz ilə “yaranan” Tiqranakert - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 17.09.2024 19:30
“Gəncəsar monastırının bütün yazıları və təsvirlərinin kataloqu məhv edilib - FOTO - VİDEO
Təhlil / 17.09.2024 16:58
İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL