Sosial 12.07.2019 13:08

QALMAQAL: Müşfiqin evi əlindən alındı

“Mən evi 2013-cü ildə Həsənova Gülruxdan almışam. 5 saylı notariusla alqı-satqı olub və Əmlak Komitəsi mənim adıma çıxarış verib”.
Rakus.az xəbər verir ki, bunu açıqlamasında “Bu Şəhərdə”nin ssenaristi Müşfiq Abbasov məhkəmə qərarı ilə əlindən alınan mənzil qalmaqalına aydınlıq gətirərkən deyib. O, bildirib ki, 2016-cı ildə, düz 3 il keçəndən sonra Həsənova Mehriban – ev aldığı xanımın xalası sən demə müəyyən edib ki, bu evi onun əri alıbmış:
“Onun əri öləndən sonra Mehriban Həsənova öz bacısı qızını – Gülrux Həsənovanı ərinin ona aldığı evi geri qaytarması tələbi ilə  məhkəməyə verib. Bacısı qızı isə məhkəmədə deyib ki, evi artıq satmışam. O məhkəməni qazanandan sonra Həsənova Mehriban gəlib mənə dedi ki, sənə satılan ev mənim idi, o ev sənə saxta sənədlə satılıb. Evi qaytar.
Mən isə dedim ki, “Əgər saxta sənədlə satılıbsa, Dövlət Əmlak Komitəsi mənə necə sənəd verib?”.  Deməli, Əmlak komitəsi mənə saxta sənəd verib? Notarius da həmin saxta sənədi təsdiqləyib alqı-satqıda?
Onda belə çıxır ki, hazırda sizin də yaşadığınız ev bir neçə il sonra məhkəməyə verilib saxta sənədlə alındığı “isbat” edib əlinizdən alına bilər. Əmlak Komitəsi saxta sənəd verir. Belə çıxır ki, hamı kirayədə yaşasın, Azərbaycanda heç kim mülk almasın?
Baxmayaq ki, Prezident dəfələrlə fərmanlar, sərəncamlar imzalayır ki, alqı-satqı bazarında canlanma olsun, insanlar bilsinlər ki, zəmanət var dövlət tərəfindən.
Mən Yasamal məhkəməsində qalib oldum, Yasamal məhkəməsi ədalətli qərar çıxardı. Lakin, Apelasiya məhkəməsi dedi ki, Yasamal məhkəməsi səhv edib, dövlətin sənə verdiyi çıxarış, notariusun təsdiqlədiyi alqı satqı hamısı saxtadır. Evi qaytar, qal evsiz.
Hər ehtimala qarşı hər kəsi xəbərdar edirəm ki, nə qədər insanların evini əllərindən almayıblar, hamı evini satsın. Ərəblərə satın, kirayədə yaşayın, yoxsa, əlinizdən alacaqlar”. ( Yeni Sabah)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO