“Qarabağ” çempion oldu
Mayın 5-də futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün çempionu müəyyənləşib.
Rakus.az xəbər verir ki, “Qarabağ” 7-ci dəfə Azərbaycan çempionudur.
Günün ilk oyununda “Keşlə” “Zirə”ni qəbul edib və 1:3 hesabı ilə uduzub.
Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam klubu yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, “Qarabağ” ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.
“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Bakı klubu çempionatı ikinci pillədə başa vuracağı dəqiqləşib. “Qəbələ”nin uduzması ilə “Səbail” bürünc medalı təmin edib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Son oyunda “Sabah” “Sumqayıt”ı qəbul edəcək.
5 may (bazar)
20:00. “Sumqayıt” – “Sabah” – 0:0 (Birinci hissə)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
“Kapital Bank Arena”
17:00. “Keşlə” – “Zirə” – 1:3
Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
Qırmızı vərəqə: D. Silva, 28
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
“ASK Arena”
18:00. “Qəbələ” – “Neftçi” – 1:3
Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Qəbələ şəhər stadionu
18:00. “Qarabağ” – “Səbail” – 4:0
Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 27 | 19 | 6 | 2 | 62-19 | 63 |
2 | Neftçi | 27 | 17 | 7 | 3 | 50-23 | 58 |
3 | Səbail | 27 | 12 | 5 | 10 | 33-33 | 41 |
4 | Qəbələ | 27 | 9 | 9 | 9 | 31-32 | 36 |
5 | Zirə | 27 | 7 | 7 | 13 | 27-40 | 28 |
6 | Sabah | 26 | 7 | 6 | 13 | 20-37 | 27 |
7 | Sumqayıt | 26 | 6 | 5 | 15 | 22-42 | 23 |
8 | Keşlə | 27 | 5 | 5 | 17 | 25-44 | 20 |
Bombardirlər
Mahir Mədətov (“Qarabağ”) – 14 qol
Baqali Dabo (“Neftçi”) – 14 qol
Ceyms Adeniyi (“Qəbələ”) – 10 qol
Filip Ozobiç (“Qarabağ) – 9 qol
Marko Deviç (“Sabah”) – 8 qol
Emin Mahmudov (“Neftçi) – 7 qol
Mirabdulla Abbasov (“Neftçi”) – 7 qol
Abdullah Zubir (“Qarabağ”) – 7 qol
(qol.az)