Qarabağ müharibəsi əlilinə Şəmkirdə ev verildi
Şəmkir rayon sakini, Qarabağ müharibəsi əlili Rövşən Qasımov yeni evlə təmin olunub.
Rakus.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir Rayon Şöbəsinin əməkdaşları Rövşən Qasımovu yeni tikilmiş evində ziyarət ediblər.
Rövşən Qasımov yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatlarının mütəmadi olaraq gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını deyib. Qarabağ müharibəsi əlili dövlət qayğısı ilə əhatə olunduğuna, həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, bu gün isə yeni yaşayış evi ilə təmin olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.