İlk olaraq meydana “Qəbələ” və “Sabah” kollektivləri çıxacaqlar. Birincilərin meydanında baş tutacaq qarşılaşma maraqlı mübarizə vəd edir. Belə ki, meydan sahibləri 3-cü pillə uğrunda döyüşdə “Səbail”lə aranın açılmasına imkan verməmək üçün turu itkisiz keçməlidir. “Sabah” isə özündən öndəki rəqibinə bir az yaxınlaşmaq üçün səfərdən xalla dönməlidir.
“Sumqayıt” – “Qarabağ” qarşılaşması isə çempionluq baxımından həlledici əhəmiyyətə malikdir. “Neftçi”nin “Keşlə”ni məğlub etməsindən sonra ağdamlıların “büdrəmək” şansı yoxdur. Qurban Qurbanovun komandası səfərdə qələbə qazanaraq vəziyyətə yenidən tarazlıq gətirməlidir. Meydan sahiblərinin qələbəsi isə onları sonuncu pillədən qurtaracaq. (Matc.az)
Topaz Premyer Liqası
XXII tur
1 aprel (bazar ertəsi)
14:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
18:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”. Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
1. | Neftçi | 22 | 14 | 6 | 2 | 37:15 | 48 |
2. | Qarabağ | 21 | 13 | 6 | 2 | 41:18 | 45 |
3. | Səbail | 22 | 10 | 4 | 8 | 26:22 | 34 |
4. | Qəbələ | 21 | 7 | 8 | 6 | 24:23 | 29 |
5. | Sabah | 21 | 6 | 4 | 11 | 16:30 | 22 |
6. | Zirə | 22 | 5 | 7 | 10 | 19:30 | 22 |
7. | Keşlə | 22 | 5 | 4 | 13 | 21:33 | 19 |
8. | Sumqayıt | 21 | 4 | 5 | 12 | 16:29 | 17 |