Siyasi 27.05.2023 12:05

Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO

Ermənistan hökuməti İrəvanın 35 il ərzində həyata keçirdiyi siyasətlə Azərbaycanla münasibətlərin normallaşmasına yaratdığı maneələrdən danışmağa başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməsini xüsusi vurğulamaq lazımdır.

Düzdür, bunların hamısı açıqlamalardır, normallaşmaya dair sənəd hələ də imzalanmayıb. Məlum olan isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında mayın 1-dən 4-dək Vaşinqtonda keçirilən danışıqlarda sülh müqaviləsinə dair iki bəndin razılaşdırılmasıdır. Bunu da Ermənistanın XİN-in başçısı bildirib.

Ermənistan hakimiyyətinin əvvəllər də belə açıqlamalar verdiyi yaxın tarixdən məlumdur. 1998-ci ildə bu ölkənin o vaxtkı Prezidenti Levon Ter-Petrosyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına hazır olduğunu və s. bildirmişdi. Ancaq bunu istəməyənlər onu istefaya göndərməklə Azərbaycan torpaqlarının işğalının daha 22 il uzadılmasına nail oldular.

İndi Ermənistanda oxşar situasiya yaranıb. Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına, kommunikasiya xətlərinin açılmasına, regional əməkdaşlıq, sülh müqaviləsi və başqa bu kimi məsələlərə dair alayarımçıq bəyanatlarına qarşı Ermənistanda çıxışlar edilir.

Bunlar kimlərdir? Birincisi, Livandakı erməni kilsəsidir. Erməni xalqının başlıca düşməni belə kilsələrin başçılarıdır. İsa peyğəmbər insanlar arasında sevgini təbliğ edib. Sevgi xristianlığın əsaslarındandır. Ancaq erməni kilsələri türklərə və insanlığa qarşı kin-nifrət, Azərbaycan, Türkiyə, Gürcüstan və İran torpaqlarına iddiaları təbliğ edir. Kilsənin və erməni ideoloqlarının əməlləri nəticəsində bu etnosun nümayəndələri İsrail ərazisinin onlara məxsus olması iddiası ilə də çıxış edirlər.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın iddiasına əsasən, guya rəsmi İrəvan Azərbaycana ərazi güzəşt edib və tezliklə, Zəngəzur dəhlizi də açılacaq. Suriyada anadan olmuş V.Oskanyan Livandakı kilsənin tərbiyəsi ilə böyüyənlərdəndir. O, 1998-ci ilin fevralında Levon Ter-Petrosyan istefa verməyə məcbur ediləndən sonra nazir postuna gətirilmişdi.

Azərbaycanın fərari və xəyanətkar vətəndaşları-Robert Koçaryan, Serj Saqsyan, Arkadi Qukasyan, Boko Saakyan, Araik Arutyunyan və başqaları hələ də uşaqlıqda türkə qarşı düşmənlik ruhunda aldıqları milli tərbiyənin əsarətindən xilas ola bilmirlər. Bu səbəbdən də onlar ermənilərin rifahına deyil, özgələrin xeyrinə fəaliyyət göstərirlər. Nikol Paşinyanın etirafına qarşı bu kimi ermənilərin çıxışlarının müddəti keçib. Yəni yararsızdır. Belə çıxır ki, onların havadarları və erməni ideoloqları Ermənistan cəmiyyətinə hələ də yararsız, vaxtı ötmüş təbliğat material “yedizdirməyi” davam etdirirlər.

Ancaq Paşinyanla yanaşı ermənilər arasında reallığı dəyərləndirən başqa siyasilər də var. Levon Ter-Petrosyanın dövründə dövlət müşaviri olmuş Jirayr Liparityan deyib: “Qarabağ bizim deyil ki, onu kiməsə verək. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını da itirdik”.

Nikol Paşinyan

Ermənistan cəmiyyətində reallıq hissini itirməyənlərin sayının artacağına da inam az deyil. Hakim Mülkü Müqavilə Partiyasının üzvü, deputat Lilit Stepanyan təşkilatın toplantısında Qarabağda işğal dövründə daşın-daş üstünə qoyulmadığına işarə edərək deyib: “Azərbaycanın Qarabağda etdiklərinin yarısını siz 30 ildə niyə etməyibsiniz?”

Ermənistan cəmiyyətində vəziyyəti belə də xarakterizə etmək olar:

-bütün siyasi qüvvələr, ictimaiyyət Ermənistanın vəziyyətinin ağır olduğunu etiraf edir;

– Koçaryan kimilər yeni təşəbbüslə çıxış edə bilmirlər. Onların ideyaları tükənib, yaxud özləri bir işə yaramadıqları üçün havadarlarının köhnə və əsassız ideyalarını təkrarlayırlar;

Robert Koçaryan və Serj Sarqisyant

– Nikol Paşinyan, Jirayr Liparityan kimilərin Azərbaycan və Türkiyə ilə bağlı etirafları isə yarımçıq, bəzən də minnətlidir. Amma baş nazir səviyyəsində belə etiraf Ermənistan cəmiyyəti üçün yenilik sayıla bilər;

– yanlış və reallıqdan uzaq düşüncəni, fəaliyyəti dəstəkləyən, regionda maraqlarının təmin olunmasına çalışan, bu məqsədlə erməni havadarlığı pərdəsi altında gizlənənlər vəziyyəti xeyirlərinə dəyişmək məqsədi ilə Ermənistanda hakimiyyət çevrilişinə cəhd üçün lider axtarışındadır və b.

Beləliklə, Ermənistanın siyasi səhnəsində iki tərəf daha aydın görünür: Paşinyan başda olmaqla reallığı yarımçıq etiraf edənlər, digəri isə Koçaryan, Sarqsyan kimi xarici qüvvələrin, kilsənin əlində oyuncaq olanlar.

Bununla belə rəsmi İrəvanın mövqeyi də mütəhərrik, səbatsız görünür. O, özünü bu mərhələdə sülhsevər və etirafçı kimi təqdim edərək vaxtı uzada və hakimiyyəti perspektivdə qarşı tərəfə təhvil verə də bilər. Ona görə də Ermənistanın Azərbaycanla Türkiyənin etibar və etimadını qazanması vacibdir. Əks halda bütün baş verənlər ermənilik və havadarlarının manevrinə çevriləcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO