Müsahibə 13.07.2019 11:50

Qarabağ”ın gücü komanda oyunundadır – Admir Teli

“Qarabağ”ın sabiq müdafiəçisi Admir Teli Albaniyanın “Panorama Sport” nəşrinə geniş müsahibə verib.

Rakus.az xəbər verir ki, 2009-2015-ci illərdə Ağdam klubunun formasını geyinən albaniyalı veteran futbolçu həm Tiranada Qurban Qurbanovla görüşündən danışıb, həm də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirilən “Partizani” – “Qarabağ” oyununu dəyərləndirib.

– “Partizani” – “Qarabağ” oyunu sizdə necə təəssürat oyatdı? Sizcə, hesab ədalətli oldu?

– Oyunu böyük maraqla izlədim. Düşünürəm ki, yaxşı oyun oldu. Son dəqiqələrdə hər iki komanda açıq futbol nümayiş etdirdi. Qurban Qurbanovun oyun üslubunu yaxşı bilirəm. Ona görə də matçdan əvvəl “Qarabağ”ın topa daha çox nəzarət edəcəyini təxmin etmişdim. Diər tərəfdən, “Partizani”dən daha inamlı oyun gözləyirdim. Hesab edirəm ki, komanda özünə daha çox inanmalıdır.

– Oyundan öncə Qurban Qurbanovla danışmışdınız?

– Hə, boş vaxtım olduğu üçün baş məşqçi ilə görüşüb söhbət etdim. Mənim onunla hələ də yaxşı münasibətlərim var. Bu isə normaldır. Çünki onunla 7 il birlikdə çalışmışam. Hələ də hörmətini saxlayıram.

– Yəqin ki, sizdən “Partizani” haqda soruşdu. Ona komanda haqda bilmədiyi hansısa məlumatı verdiniz?

– Açığı, Qurbanovla “Partizani” haqda danışmadım. Çünki özü də heç nə soruşmadı. Bilirsiniz, Qurban Qurbanovun əla köməkçiləri var. Onu “Partizani” ilə bağlı ətraflı məlumatlandırmışdılar. Heç Qurbanov özü də məmin ona hansısa məlumat verəcəyimi gözləmirdi.

– İlk oyundan sonra “Partizani”nin şanslarını necə dəyərləndirirsiniz?

– “Partizani”nin mərhələni keçməsi çətin görünür. Çünki “Qarabağ” Bakıda daha yaxşı oynayır. Onların ilk oyunda bir neçə ciddi itkiləri var idi. Cavab matçında iki əsas oyunçusu meydanda olacaq. Düşünürəm ki, bu amil oyunu “Partizani” üçün oyunu çətinləşdirəcək. Ancaq o demək deyil ki, “qırmızılar”ın şansı yoxdur.

– “Partizani” mərhələni keçmək üçün Bakıda nə etməlidir?

– Daha çox inanmalı və “Qarabağ”ın səhvlərindən maksimum yararlanmalıdır. Ən azı Tiranadakı kimi oynamalıdır. 90 dəqiqəmüdafiədə oturub, rəqibi meydanın özünə aid hissəsində qarşılamaq lazım deyil. Belədə işləri çox çətin olacaq.

– “Qarabağ”ın ev oyunlarında əsas üstünlüyü nədir?

– “Qarabağ” 1-2 futbolçudan asılı komanda deyil. Onların gücü komanda oyunundadır. Son illərdə qazanılan uğurlar məhz bununla bağlıdır. Ən böyük amil isə baş məşqçidir. Bütün bunlar onun işidir. Bu komandada oynayan hər bir futbolçu meydanda ancaq onun verdiyi tapşırıqları yerinə yetirir.

– “Partizani”nin nəhəng Bakı Olimpiya Stadionunda deyil, kiçiktutumlu “Dalğa Arena”da oynaması, sizcə, müsbət,yoxsa mənfi haldır?

– Məncə, bu, “Partizani”nin xeyirinədir. (Qol.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO