Siyasi 03.04.2020 23:39

Qarabağın saxta seçkisi – Paşinyanın məyusluğu – TƏHLİL - FOTO

Erməni neo-faşistlərinin Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi seçki məzhəkəsi Erimənistan baş naziri Nikol Paşiyanın məyusluğu ilə bitib.

Rakus.az xəbər verir ki, işğal rejiminin rəhbəri vəzifəsi üçün keçirilmiş “seçkilərdə” oliqarx Araik Arutunyan 49,6% səslə Nikol Paşiyanın adamı Mais Mailiyanı (26,4%) xeyli geridə buraxıb.

ArmenianReport”un yazdığına görə, aprelin 14-də bu iki namizəd arasında təkrar seçki nəzərdə tutulub. Yəni oliqarx Araik Arutunyanın Nikol Paşiyanı tam məyusluğa uğratması üçün cəmi 0,4%+1 səs lazımdır.

Ekspertlər Paşinyanın böyük məğlubiyyətini proqnozlaşdırır

Araik Arutunyan Nikol Paşiyan üçün həm də ona görə arzuolunmazdır ki, o, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın biznes ortağı və yaxın adamıdır. Bu barədə Ermənistanda fəaliyyət göstərən “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan “A1+” nəşrinə müsahibəsində bildirib.

Ara Papyan onu da qeyd edib ki, dünya bu seçkiləri tanımayacaq: “Başa düşürəm niyə onlar müstəqillik yolu seçiblər, bu, vəzifə və pul uğrunda döyüşdür”.

Erməni ekspertin bu məsələdə fikirləri qarışıq olsa da və İrəvanı bu torpaqları ilhaq etməyə çağırsa da, bir şeydə haqlıdır ki, artıq aparıcı dövlətlərdən və qurumlardan bu seçki məzhəkəsinə qarşı sərt bəyanatlar səslənib.

Azərbaycanın işğal olunmuş ərazilərində martın 31-də keçirilmiş qondarma “prezident və parlament seçkilərinə” Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertin “tvitter” səhifəsində münasibət bildirib. “Biz Dağlıq Qarabağda dünən keçirilmiş qondarma “prezident və parlament seçkilərinin” hüquqi çərçivəsini tanımırıq. Seçki və onun nəticələrini qanunsuz hesab edirik”.

Daha öncə Avropa İttifaqı da eyni ifadələrlə açıqlama yaymışdı. Avropa siyasətçilərinin açıqlamalarında işğal reciminin seçki məzhəkəsi adı altında koronavirus pandemiyası zamanı əhalini bir yerə toplamağın çox təhlükəli olduğu bildirilir.

İşğal rejiminin rəhbərliyi isə zonada koronavirusa yoluxanların olmadığını iddia edir. Ara Papyan isə bunun yalan olduğunu bildirir və cəmi 29 nəfəri testdən keçirdikdən sonra bu iddianı etdiklərini bildirir: “Sərhədlərin bağlanmasına qədər yüzlərlə insan İrana gedirdi, minlərlə insan Ermənistanda olurdu, iri tədbirlərə – dəfnlərə qatılırdı, Ermənistandan gəlmiş çox sayda insanın qatıldığı yığıncaqlarda olurdular. Bundan başqa, orada pnevmoniyadan yatan çox sayda insan var”,- Papyan vurğulayıb.

Belə çıxır ki, Qarabağ bir azdan döyüş meydanına çevriləcək – bəlkə, siyasi qüvvələr öz aralarında döyüşdəqn qaçına bildirlər, amma sadə və müdafiəsiz insan koronavirusla döyüşdən qaça bilməyəcəklər. (İstiPress)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO