Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Bakıda “Monte Kristo” Şadlıq Sarayında Qərbi Azərbaycanın Göyçə mahalının Qayabaşı kənd icmasının ilk iclası keçirilib.
Rakus.az xəbər verir ki, iclasda Qərbi Azərbaycan İcmasının (QAİ) rayon və kənd icmalarının təşkilati strukturu haqqında məlumat verilib, rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri barədə danışılıb.
Qayabaşı əsilli sakinlər təkliflərini səsləndirib, kənd icmasına sədr və İdarə Heyəti üzvlərinin seçilməsinin zəruriliyini söyləyiblər.
Görüşdə iştirak edənlər səsvermə yolu ilə Məmmədov Murad Muxtar oğlu Qərbi Azərbaycan icmasının, Qayabaşı kəndinin icma sədri (təmsilçisi) seçilib.
Qərara alınıb ki, iclasda razılaşdırılmış məsələlər protokollaşdırılıb müvafiq dairələrə göndəriləcək, icma sədri müəyyənləşdikdən sonra digər strukturların formalaşdırılması da mümkün olacaq.
Sonda Göyçə mahalının qədim yaşayış məskənlərindən olan Qayabaşı kəndi ilə bağlı məlumatlar verilib.