Sosial 11.08.2023 19:50

“Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Evimizi və əşyalarımızı ermənilər mənimsədilər” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kənd sakini Natiq Vəliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin çox firavan, xoşbəxt keçdiyini, kəndin bütün fəsilləri ilə bağlı xatirələrin heç vaxt unudulmadığını deyib.

N.Vəliyev erməni xisləti, xainliyi və qısqanclığından danışaraq bildirib ki, Qərbi Azərbaycanda yaşayan  azərbaycanlı kəndlərində ermənilər həmişə problem yaradırdılar: “Gəlib Azərbaycanda ali təhsil alan gənclər bir də geri qayıtmırdı. Bunu ermənilər planlı şəkildə həyata keçirirdilər”.

Onun sözlərinə görə, kənddən çıxarılacaqlarına heç vaxt inana bilməzdilər: “1988-ci ilin qaçaqaç dövrü başladı, vacib olan əşyalarımızdan bir neçəsini götürüb atam ilə mən Gədəbəyə, atamın qohumlarıgilə gətirdik. Bir gündən sonra qayıtdıq. Vəziyyət elə gəldi ki, dekabr ayında hamı kimi biz də köçdük. Evimiz, əşyalarımızın çoxu həmin kənddə qaldı. Biz inanırdıq ki, geri qayıdarıq. Geri qayıtmağa  imkan olmadı”.

O, ata babasının 1916-1918-ci illərdə doğma Vətəndən araba ilə Kür çayı qırağına köçürüldüyünü, lakin onların yenidən kəndə qayıtdığını xatırladaraq bildirib ki, ən böyük arzusu doğulduğu kəndə yenidən qayıtmaqdır: “Evimiz üçün çox darıxmışam. Allahın köməyi ilə bu şans  yaxın vaxtlarda yaranacaq, biz gedib öz kəndimizi, evimizi görəcəyik. Mən hər zaman övladlarıma, uşaqlarıma internet vasitəsilə kəndimizi,  evimizi göstərirəm. Danışdıqca uşaqlar çox duyğulanırlar. Uşaqlar Göyçə gölünün gözəlliyinə baxır, getməyi çox istəyirlər. Əminəm ki, bu qayıdış baş tutacaq, gedib kəndimizi görəcəyik. Gedib kəndimizin buz kimi bulaqlarından su içib, sürünə-sürünə evimizin qapısından içəri girmək istəyirəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 11-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Sosial, Video müsahibə / 11.08.2023 19:50
“Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - FOTO - VİDEO
Müsahibə / 11.08.2023 12:43
“Kəndimizdən ayrı dura bilmirəm” – Natiq Vəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 10.08.2023 19:39
Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO
Dünya, Siyasi / 10.08.2023 14:47
İrəvanda Qərbi azərbaycanlıların qayıdışı səslənir – ANONS
Təhlil / 10.08.2023 14:32
Tehran rejimi – idmançıların qaçıb getdiyi – ölkə – TƏHLİL
Maraqlı / 09.08.2023 19:42
Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 09.08.2023 13:06
Çar Rusiyası Şörəyel mahalını necə işğal edib? – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 08.08.2023 20:00
Gənc erməni bloqçunun etirafı - FOTO - VİDEO
Mədəni / 08.08.2023 10:05
ASKEF-in Balkan turu – 3-cü yazı - FOTO
Müsahibə, Video müsahibə / 07.08.2023 20:00
“Göyçəyə muxtariyyət tələb edirdik…” - VİDEO
Təhlil / 07.08.2023 15:57
İran və Livan rəsmi İrəvanın müdafiəçisi rolunda – TƏHLİL
Mədəni / 06.08.2023 15:50
ASKEF-in Balkan turu – 2-ci yazı - FOTO
Maraqlı / 05.08.2023 19:53
Nüvədi gizlinləri – Türk dilində ən qədim yazı tapıldı – ANONS
Dünya, Təhlil / 05.08.2023 11:28
Nigerdəki hərbi çevrilişin sifarişçiləri kimlərdir – TƏHLİL - FOTO
Hadisə, Maraqlı / 04.08.2023 19:52
Ermənilərin “kor bağırsaq əməliyyatı” - FOTO - VİDEO
Maraqlı / 04.08.2023 14:01
Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı – ANONS
Siyasi, Təhlil / 04.08.2023 10:21
Azərbaycan və Türkiyənin ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatı – TƏHLİL
Mətbuat, Sosial / 03.08.2023 20:29
ASKEF-in Balkan turu – 1-ci yazı
Dünya, Siyasi / 03.08.2023 19:38
İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO
Dünya, Sosial / 03.08.2023 13:58
Ani Badalyan – zəhərlənmiş beyinin güzgüsü – ANONS
Gündəm / 02.08.2023 19:43
Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Maraqlı / 02.08.2023 13:35
Səkkiz kəndi dağıdılan Sərdarabad mahalı – ANONS
Dünya, Hadisə / 01.08.2023 20:00
Erməni bloqçunun etirafı: “Xalisada əsl faciə yaşanıb” - FOTO - VİDEO
Dünya, Təhlil / 01.08.2023 15:30
35 illik ziddiyət – sülh müqaviləsinə kim mane olur? – TƏHLİL
Dünya, Hadisə / 01.08.2023 13:54
Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? – ANONS
Mədəni / 31.07.2023 20:05
Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO