Sosial 07.01.2020 02:23

Qazaxıstanda azərbaycanlının adına fond yaradıldı - FOTO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində azərbaycanlı alim, ictimai xadim və publisist Vidadi Salahovun xatirəsi əbədiləşdirilərək onun adına fond təsis edilib.

Rakus.az xəbər verir ki, Vidadi Salahovun xanımı Marina Salahovanın təşəbbüsü və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan “Ata Yurt – Vidadi” fondun əsas məqsədi Qazaxıstanda elmi, mədəni prosesləri dəstəkləmək, humanizm və tolerantlığı, intellektual inkişafı təşviq etmək, ölkənin tanınmış ictimai və dövlət xadimlərinin ideyalarının təbliğinə yardımçı olmaq, bu istiqamətdə fəaliyyət göstərən qurumların fəaliyyətini dəstəkləmək, gəncləri təhsilə və elmi tədqiqatlara həvəsləndirməkdən ibarətdir.

“Ata Yurt – Vidadi” fondunun təqdimat mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Vidadi Salahovun fəaliyyəti, qardaş Qazaxıstanın elmi-mədəni həyatında iştirakı burada yaşayan soydaşlarımız üçün örnək təşkil edir. O, Qazaxıstanda ictimai harmoniyanın möhkəmlənməsinə, soydaşlarımızın təşkilatlanmasına, Azərbaycan-Qazaxıstan münasibətlərinin təbliğinə böyük töhfələr verib. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Qazaxıstan Prezident Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası (QXA) katibliyinin müdiri, assambleyanın sədr müavini Canseyit Tümebayev bildirib ki, qazax və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin siyasi, mədəni və sosial həyatında aktiv iştirak edirlər.

C.Tümebayev qeyd edib ki, V.Salahov Nur-Sultan şəhərində çap olunan “Turan Ekspress” qəzetinin təsisçisi və redaktoru kimi ölkənin ictimai həyatında və azərbaycanlıların təşkilatlanmasında kifayət qədər aktiv olub. O, “Ata Yurt – Vidadi” Fondunun təsisçisi M.Salahovaya Qazaxıstan Xalqı Assambleyası adından təşəkkürnamə təqdim edib.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev bildirib ki, komitə V.Salahovla bağlı bioqrafik xarakterli kitabın hazırlanması və çapına dəstək göstərəcək. O, komitənin sədri Fuad Muradovun adından Fondun təsisçisi M.Salahovaya təşəkkür məktubu təqdim edib.

“Ata Yurt – Vidadi” Fondunun təsisçisi Marina Salahova yeni yaradılan təşkilatın məqsəd və vəzifələri barədə geniş məlumat verib və dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Sonra Vidadi Salahovun fəaliyyətinə işıq salan qısa videomaterial təqdim olunub, şeirlərindən parçalar səsləndirilib.

Xatırladaq ki, ötən il Nur-Sultan şəhərində dünyasının dəyişən tarix elmləri doktoru, professor Vidadi Salahov uzun illər Qazaxıstanda yaşayıb, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri kimi Azərbaycan diasporuna başçılıq edib. Qazaxıstan Dövlət Tarixi İnstitutunun akademiki kimi ölkənin elmi-mədəni və ictimai həyatında aktiv iştirak edib. Nur-Sultanda çap olunan “Turan-exspress” qəzetinin təsisçisi və baş redaktoru, Qazaxıstan Redaktorlar Klubunun üzvü olub.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO