Elm və təhsil 20.11.2024 22:59

“Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Dərələyəz mahalının Ələyəz kəndində eyni adlı çayın sahilində xəzər türklərinə məxsus yəhudi məzarlığından, erməni jurnalistlərin, həmçinin ermənipərəst səyyah və blogger Aleksandr Lapşinin azərbaycanlıların vaxtilə yaşadığı Ələyəz kəndi haqqında reportajlarından bəhs olunur.

Bildirilir ki, Dərələyəzdəki yəhudi məzarlığı qədim türklərə aiddir: “Qədim türklərin yəhudi izləri Dərələyəz mahalında da mövcud olub. Belə ki, Dərələyəzdə 60-dan çox Xəzər türklərinə aid məzar var. Dərələyəzdəki yəhudi məzarları üzərindəki damğalar Xəzər türklərinə aiddir. Türk damğaları qrafik təsvir üslubları türk mifik təfəkkürü ilə bağlıdır. Alban, Xəzər, Hunların damğaları eynidir, türk inancından yaranıb. Biləncərdə tapılan Tanrıçılıq məbədinin damğaları ilə Dərələyəzdəki yəhudi məzarları üzərindəkilər eynidir”.

Diqqətə çatdırılır ki, Xəzər sözü türk kökündən gəlib, gəz, gəzər, köçən deməkdir: “Bizə gəlib çatmış sözlər Xəzər dili türk dilləri ailəsinə aiddir. Təbəri hələ X əsrdə yazırdı ki, Azərbaycan xəzərlərin məmləkəti idi. Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi. Qafqazda xristian kitabları erməni, “Dualar kitabı” yəhudi əlifbası ilə qıpçaq dilində yazılıb. Əxi Təvəkkül zaviyəsində Dərələyəzdə yaşamış türk tayfasının sayını bildirən doqquz ədəd səkkizguşəli ulduz həkk olunub.     Ümumiyyətlə, Qərbi Azərbaycan dağlarında gizli yəhudi qəbiristanlığı tapılıb. Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar”.

Süjetdə Dərələyəz mahalındakı yəhudi məzarları üzərində qam-şaman simvollarının mənası, Xəzər türklərinə aid məzarların acı aqibəti, Ermənistanda yəhudi müəmması və gizlədilmiş irsi, eləcə də ermənilərin yəhudi tarixinə böyük qəsd etmələri ilə bağlı maraqlı faktlar və fikirlər səsləndirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 20.11.2024 22:59
“Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar” - FOTO - VİDEO
Gündəm, Sosial / 20.11.2024 17:48
COP29-un 10-cu günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİR - FOTO - VİDEO
Təhlil / 20.11.2024 15:47
Qarakənd faciəsini törədənlər cəzalandırılacaqmı? – TƏHLİL
Elm və təhsil, Siyasi / 20.11.2024 13:25
Qərbi Azərbaycanda yəhudi izi – ANONS - VİDEO
Gündəm, Siyasi / 20.11.2024 11:00
Deputat: “COP29 iqlim məsələlərinin olimpiadası hesab oluna bilər” - VİDEO
Hərbi, Siyasi / 20.11.2024 08:00
Qarakənd faciəsindən 33 il ötür - FOTO
Siyasi, Sosial / 19.11.2024 22:11
Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 18:39
“Ermənistanda yaşayış kompleksləri kimlər üçün tikilir, azərbaycanlılar üçün deyilmi? - FOTO - VİDEO
Təhlil / 19.11.2024 17:34
Qərbin və Şimalın Cənubi Qafqazda toqquşan maraqları – TƏHLİL
Gündəm, Sosial / 19.11.2024 16:42
COP29-un doqquzuncu günü: Mavi Zonada tədbirlər davam edir - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 19.11.2024 13:27
Adatəpə – XIX əsrin əvvəllərində ləğv olunan kənd – ANONS - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 13:09
Ermənistanda azərbaycanlılar üçün evlər tikilir? – ANONS - VİDEO
Müsahibə / 18.11.2024 21:47
“Qərbi Azərbaycan həqiqətlərini gənclərə daha çox çatdırmalıyıq” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 18.11.2024 17:46
COP29-un 8-ci günü: Mavi Zona tədbirləriYENİLƏNİR - FOTO - VİDEO
Təhlil / 18.11.2024 16:25
Paşinyan hökumətində yarpaq tökümü – TƏHLİL
Elm və təhsil / 16.11.2024 22:45
“Böyük skif mədəniyyətinin ilkin izləri Azərbaycandadır” - FOTO - VİDEO
Gündəm, Sosial / 16.11.2024 20:09
COP29-un 6-cı günü: Mavi Zona tədbirləri başa çatıb - FOTO - VİDEO
Elm və təhsil / 16.11.2024 14:53
Azərbaycanda böyük skif mədəniyyəti – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 15.11.2024 22:18
“Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər” - FOTO - VİDEO
Gündəm, Müsahibə / 15.11.2024 18:23
“Azərbaycan ekologiyasını minalarla zəhərləyən bir dövlət COP29-a hansı üzlə gələ bilərdi?” - VİDEO
Gündəm, Sosial / 15.11.2024 17:26
COP29-un 5-ci günü: Mavi Zona tədbirlərinə start verilib – YENİLƏNİB - FOTO - VİDEO
Təhlil / 15.11.2024 15:19
Makron və Borrelin siyasi iflası – Parisin boykot olunan COP29 çağırışı – TƏHLİL
Maraqlı, Sosial / 15.11.2024 13:16
Almaniyada yaşadılan xatirələr: Zabit Abdullayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Siyasi / 15.11.2024 11:00
Millət vəkili: “Ermənistandan Azərbaycana maliyyə təzminatının qarşılanması tələb edilir” - VİDEO
Gündəm, Siyasi, Sosial / 15.11.2024 09:23
Deputat: “Bakı platformasında, əsasən, Yeni Maliyyə Hədəfləri müəyyənləşir”
Təhlil / 14.11.2024 21:22
“Ermənistan region ekologiyası üçün “atom bombası”nın işini davam etdirir” - FOTO - VİDEO