Elm və təhsil 22.01.2025 21:32

“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bu gün Qarabağ erməniləri kimi tanınanlar erməniləşdirilmiş albanlardır” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili XIX əsrdə Qafqaza gələn ermənilərin boş kilsələrin hamısını erməniləşdirməsindən söz açıb.

O bildirib ki, ermənilər Qafqazda 200 ildən çox yaşayıblar və müasir kilsələr tiksələr də alban kilsəsinin üstündə elementləri dəyişdirib, erməni kilsəsinə çeviriblər. Ermənilərin böyük xaçkar fırıldağının üstü açılıb.

Onun sözlərinə görə, bütün dini qurultaylarda Alban kilsəsinin patriarxı iştirak edirdi: “XIX əsrdə Qafqaza gələn ermənilər boş kilsələrin hamısını erməniləşdirdilər. 1836-cı ildə Qədim Alban irsi erməni kilsəsinin tabeliyinə verildi. Bu gün Qarabağ erməniləri kimi tanınan şəxslər erməniləşdirilmiş albanlardır”.

R.Mobili sonda vurğulayıb ki, Nic kilsəsini Eçmiədzinə (Üçkilsə) tabe etdirib, udi xalqını əritmək istəyirdilər: “Nic kəndinin sakinləri kilsəyə getməkdən imtina etdi. Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı.      Sovet hakimiyyəti kilsəni bağlamaqla udi xalqını xilas etdi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 22-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Təhlil / 23.01.2025 16:36
Baydenin karyerası – oğlunu cinayətlərə görə əfv edən Prezident – TƏHLİL
Siyasi, Təhlil / 23.01.2025 13:16
Ermənistan üçün “əcəl zəngi” – ANONS
Elm və təhsil / 22.01.2025 21:32
“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO
Elm və təhsil / 22.01.2025 13:41
Udi xalqını əritmək istəyirdilər – ANONS - VİDEO
Siyasi, Sosial / 21.01.2025 22:21
Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 21.01.2025 18:35
“Azərbaycan Xəzər xaqanlığının tərkibində idi” - VİDEO
Təhlil / 21.01.2025 16:54
Liderlərin üz-üzə görüşü – “kölgə qılınclaması” – TƏHLİL
Siyasi, Sosial / 21.01.2025 14:09
Sakinləri qovulub ləğv edilən türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 21.01.2025 13:30
“Türklər Toqarmanın nəslindən sayılır” – ANONS - VİDEO
Müsahibə / 20.01.2025 22:55
“Göyçədən deportasiya olunanlar Yalova və İzmir bölgələrində də məskunlaşıblar” - FOTO - VİDEO
Gündəm / 20.01.2025 14:09
Şəhidlər xiyabanı coşqu ilə ziyarət olunur – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 20.01.2025 12:06
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Gündəm / 20.01.2025 00:07
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Gündəm / 20.01.2025 00:01
Qanlı Yanvar hadisələrindən 35 il ötür
Gündəm / 19.01.2025 21:09
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Mədəni / 18.01.2025 22:43
“Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir” - FOTO - VİDEO
Mədəni / 18.01.2025 14:27
Qoşundaş kompleksinin mistikası – ANONS - VİDEO
Siyasi, Sosial / 17.01.2025 22:05
“Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.01.2025 13:33
Üçüncü nəslin Vətən yanğısı – Vüqar Nərimanbəylinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 17.01.2025 12:40
“Minsk qrupunun və həmsədrlik institutunun ləğvi hədəflənən məsələlər sırasında dayanır” – AÇIQLAMA
Təhlil / 16.01.2025 22:48
“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO
Siyasi / 16.01.2025 16:15
Deputatdan açıqlama: “Azərbaycan Minsk qrupunun ləğvini tələb edir”
Mətbuat / 16.01.2025 14:46
Mərdlik və milli iradə – xalqın qəhrəmanlıq rəmzi
Siyasi / 16.01.2025 13:45
“Əliyev Paşinyandan vaxt tələb edir” – ANONS - VİDEO
Mətbuat, Təhlil, Video müsahibə / 16.01.2025 10:03
ABŞ və Ermənistan arasındakı xartiyanın pərdəarxası məqamları - FOTO - VİDEO
Mədəni / 15.01.2025 22:26
“Qədim xristian Udi- Alban icması bu gün ermənilər üçün böyük bəladır” - FOTO - VİDEO