Qəhvə için dad bilin – MƏSLƏHƏT
Danimarkalı alimlər araşdırma apararaq, qəhvə içən adamın şirin dadı daha çox, acını daha az hiss etdiyini açıqlayıblar.
Rakus.az xəbər verir ki, tədqiqat zamanı 156 nəfər könüllünün qəhvə içməzdən əvvəl və sonra qoxu və dad hissləri sınaqdan keçirilib.
Bu içkinin qoxuya təsir etmədiyi məlum olsa da, dad hissi dəyişib.
“Qəhvə içəndən sonra insanlar şirniyyata qarşı daha çox, acıya daha az həssas olur”, – tədqiqatı aparan Aleksander Vik Feldstad deyib.
Bu baxımdan, kofeinin təsirini yoxlamaq üçün təcrübəni tərkibində bu maddənin olmadığı qəhvə ilə təkrarlayıblar və nəticələr eyni olub.
“Yəqin ki, qəhvədəki bəzi acı maddələr belə effekt yaradır. Bu, insanların niyə qəhvə ilə tünd şokolad yeməyi sevdiyinə aydınlıq gətirir”, – alim izahat verib.
Müəlliflər bildirir ki, qəhvənin bütün könüllülərin dad hissinə təsiri qısamüddətli və yalnız içkini qəbul etdikləri zaman müşahidə olunub.