Təhlil 07.09.2019 23:39

Qərb mediası uydurur – Azərbaycan təkzib edir – TƏHLİL - FOTO

The New York Times Magazine “İranı vurmaqdan ötrü təzyiqin gizli tarixçəsi” adlı geniş məqalə dərc edib.

Rakus.az xəbər verir ki, müəlliflər Ronen Bergman və Mark Mazzetti yazırlar ki, 2017-ci ilin iyulunda Ağ Ev İran məsələsində yolayrıcında qalmışdı. Prezident Tramp seçki kampaniyası zamanı “dəhşətli” nüvə sazişindən çıxmaq vədi vermişdi. Onun kabinet üzvləri isə prezidenti daha güclü razılaşma üzrə danışıqlar aparmağa çağırırdılar. İkincilər uduzdu, Tramp ötən il nüvə sazişindən çıxdı.

Obama administrasiyası dövründə Pentaqonda çalışmış Ilan Goldenberg İranla nüvə sazişi əldə olunmamışdan mövcud durumu üçtərəfli blef kimi xarakterizə edir. İsrail dünyanı inandırmaq istəyirdi ki, İranın nüvə proqramını vuracaq (ancaq hələ qərar verməmişdi). İran dünyanı inandırmaq istəyirdi ki, nüvə silahı əldə edə bilər (ancaq hələ bomba hazırlamağa başlamaq qərarı verməmişdi). Birləşmiş Ştatlar dünyanı inandırmağa çalışırdı ki, İranın bomba hazırlamasını önləməkdən ötrü hərbi gücdən istifadəyə hazırdır (ancaq heç vaxt kartları açmadı).

Hər üç tərəf bu təhdidlərin etibarlı görünməsinə çalışırdı, digər tərəflərin gözünü nə vaxt qırpacağından əmin deyildi.

ABŞ-İsrail münasibətlərinin pərdəarxası

Müəlliflərin fikrincə, Trump-ın məqsədi İran iqtisadiyyatını sanksiyalarla vurmaq, ölkə liderlərini nüvə sazişi üzrə yenidən danışıqlar aparmağa məcbur etməkdir. Ancaq İranın 2020-ci ilin noyabrınadək, Amerikada yeni prezident seçilə biləcəyi seçkiyədək sınacağına da ümid bəslənir.

Məqalədə Amerikanın İsraillə münasibətlərinin mürəkkəbliyindən də söz açılır. Amerika, İsrail və Avropanın onlarla indiki və keçmiş məmurları ilə bir neçə ay ərzində aparılmış söhbətlər indiyədək eşidilməyən detalları üzə çıxarıb. İsrail ordusu 2012-ci ildə İranı vurmağa çox yaxın imiş; Obama administrasiyası belə bir hücum halında özünün hərbi qabaqlayıcı planlarını hazırlayıbmış. Hətta Birləşmiş Ştatların qərbində bir səhrada İranın nüvə obyektinin tammiqyaslı maketi 30 min paundluq bombayla dağıdılıbmış.

Prezident Obama ilə İsrail baş naziri Netanyahu arasında münasibətlər isti olmayıb.
Prezident Obama ilə İsrail baş naziri Netanyahu arasında münasibətlər isti olmayıb.

“İsrail İrana göz qoyduğu zaman amerikalılar da İsrailə göz qoyurdu. İsrail Azərbaycanda bir bazadan İrana kəşfiyyat dronları buraxanda Amerikanın peykləri bunun fotolarını çəkirdi,” məqalədə deyilir.

Keçmiş prezident Barak Obama İsrailin İrana qəfil zərbəsinin mümkünlüyünü ciddi qəbul edirmiş. “Amerikanın kəşfiyyat peykləri İsrail dronlarının Azərbaycanda bazalardan qalxmasını və İranla sərhədin cənub hissəsi üzərində uçmasını izləyirdi. Bu dronlar İranın nüvə obyektlərinin gen-bol şəkillərini çəkir, həm də İranın havadan müdafiə qüvvələrinin bu müdaxiləni müəyyənləşdirmə qabiliyyətini yoxlayırdı. Amerikanın hərbi liderləri israillilərin hücum üçün hansı dövrü seçəcəyi… üzərində baş sındırırdılar. Hərbi planları quranlar Tehranın İsrailin zərbəsinə necə cavab verəcəyi, Amerikanın buna necə cavab verməli olmasını çək-çevir edirdilər,” məqalədə deyilir.

İraqa da dron buraxılır?

Avqustun 28-də The Guardian qəzetində dərc olunmuş məqalədə də oxşar iddia səslənir. Məqalədə deyilir ki, İraqdakı şiə militantlar İsrailin Azərbaycandan buraxdığı dronlarla bu ölkənin şimalında və mərkəzində hədəfləri vurduğunu iddia edirlər. Region rəsmiləri İraqın həmin hissələrindən İsrail yaxınlığındakı İran mövqelərinə silah göndərildiyini bildirirlər.

İranın müttəfiqi, İraqın Xalq Səfərbərlik Bölmələrinin lider müavini Əbu Mehdi əl-Mühəndis deyib: “Bizdə olan dəqiq və təsdiqlənmiş informasiyaya görə, bu il amerikalılar Azərbaycan ərazisindən İsrailin dörd dronunu buraxıblar. Bu dronlar ABŞ qüvvələri tərkibində uçuşlar gerçəkləşdirəcək, İraqın hərbi bazalarını hədəfə alacaq”.

Azərbaycan təkzib edir

“Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur”. Bunu Azərbaycan Müdafiə Nazirliyindən “Turan” agentliyinə bildiriblər .

Nazirlikdən vurğulayıblar ki, bütün bunlar dezinformasiya məqsədilə yayılıb.

(AzadlıqRadiosu)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO