Müsahibə 15.01.2024 21:19

“Qərbi Azərbaycan 50 milyonluq xalqın prioritet məsələsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Gənclər Birliyinin üzvü Səbinə Xasayeva olub.

O, vaxtilə valideynlərinin yaşadığı, sonradan deportasiya olunduğu Göyçə mahalı Basarkeçər rayonu Şişqaya kəndi və Zəngəzur mahalının Qafan rayonunun inzibati mərkəzi sayılan Qafan şəhəri barədə danışıb, bu qədim yaşayış məntəqələrinin tarixindən, təbiətindən, adət-ənənələrindən söhbət açıb.

Bakı şəhərində anadan olan, Qərbi Azərbaycanı canlı görməyən S.Xasayeva hər iki valideyninin Vətən sevgisi, yurd həsrəti ilə böyüdüyünü, tarixi torpaqlarımıza ruhən bağlı olduğunu dilə gətirib: “Ötən əsrin əvvəllərindən ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması ilə xalqımızın faciəli günləri başlayıb. Bu məskunlaşdırma siyasəti bir müddət sonra mübahisələrə, münaqişələrə yol açıb, soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyası ilə nəticələnib”.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə ermənilərin törətdiyi Xocalı soyqırımı ötən əsrin 1905-1907, 1918-1920, 1948-1953, 1988-ci illərində Qərbi Azərbaycandakı soydaşlarımızın başına gətirilən müsibətləri də ifadə edir: “Deportasiyaya məruz qalan soydaşlarımız indiki Azərbaycan Respublikasında məskunlaşmağı bacarsalar da sıfırdan yeni bir həyat qurmaq onlara asan başa gəlməyib”.

Qərbi Azərbaycan İcmasının, Gənclər Birliyinin fəaliyyətindən söhbət açan deputat vurğulayıb ki, hazırda qarşıda duran əsas məsələ Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə, bütün dünyaya çatdırmaqdan, soydaşlarımızın sülh yolu ilə, ləyaqətli şəkildə tarixi torpaqlarımıza qayıdışını təmin etməkdən ibarətdir və bunun üçün güclü təbliğat aparmalı, informasiya müharibəsi cəbhəsində də qalib gəlməyi bacarmalıyıq.

Deputat sonda bildirib ki, hazırda Qərbi Azərbaycan məsələsi sadəcə o torpaqlardan deportasiya olunmuş soydaşlarımızın deyil, ümumilikdə 50 milyonluq Azərbaycan xalqının dərdi, əsasə problemi və prioritetidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 15-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO