Elm və təhsil 21.05.2024 22:49

“Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı, tarixi saxtakarlıq” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi alim Ramin Əlizadə iskidlərin Qərbi Azərbaycan ərazisində yaratdıqları dövlətdən söz açır.

Bildirilir ki, Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında İskit-Sak (İşquz, İç Oğuz) dövlətinin tərkibində olub. İskitləri parfiyalılar Sak, sonradan rus tarixçiləri Skif adlandırıblar, ərazini Sakasena İskitlər Şərqi Anadoludan Kür və Araz çaylarının qovuşduğu yerə – Sak düzünə/Balasakana qədər yayılmışlar.

Onun sözlərinə görə, Azərbaycanı ilk dəfə İskit sərkərdəsi Ərən/Sak oğlu vahid dövlət kimi birləşdirib: “Sakların adını I Ərəndən götürüb Orontidlər adlandırdılar, ermənilər saxtalaşdırıb Yervantidlər yazırlar. İskitlərlə hurrilər, madalılar, albanlar, utilər, kaspilər, kadusilərlə qaynayıb-qarışıblar.

Qeyd olunur ki, bütün Azərbaycan torpaqlarında yaranmış dövlətləri İşquz/İskit boylarına məxsus alplar və ərənlər idarə edib. Qərbi Azərbaycan ərazisi qədim mənbələrdə Sakan/Sak ölkəsi kimi verilib, ermənilər saxtalşadırıb Sünik və Sisakan yazıblar.

Sonda vurğulanır ki, urartuluların Qərbi Azərbaycan ərazisində işğallarına İskitlər son qoyub.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Təhlil / 21.05.2024 22:49
“Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı, tarixi saxtakarlıq” - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 21.05.2024 18:45
“Ermənistan öz qanunvericiliyini dəyişməlidir” - VİDEO
Siyasi / 21.05.2024 15:34
“Azərbaycanın iqtisadi gücü Ermənistanı qorxudur” – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 21.05.2024 12:44
Azərbaycanı ilk dəfə kim vahid dövlət kimi birləşdirib? – ANONS
Müsahibə, Siyasi / 20.05.2024 22:10
“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verilmədi” - FOTO - VİDEO
Mədəni / 18.05.2024 22:49
“Qızıl Alma hədəfi və ona doğru gedən yol” - FOTO - VİDEO
Maraqlı / 17.05.2024 22:23
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
Təhlil / 16.05.2024 22:33
“Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib - FOTO - VİDEO
Siyasi, Təhlil / 16.05.2024 17:18
ATƏT-in Minsk qrupu – Faydasız fəaliyyət – TƏHLİL
Siyasi, Təhlil / 16.05.2024 15:58
Azərbaycanlılar İrəvanda və Göyçə sahilində məskunlaşacaq – ANONS - VİDEO
Gündəm, Maraqlı / 15.05.2024 22:55
Adı ləğv edilərək ərazisində mərzlik yaradılan rayon - FOTO - VİDEO
Təhlil / 15.05.2024 15:36
Gürcüstanda nə baş verir? – TƏHLİL
Maraqlı, Sosial / 15.05.2024 13:50
Adı 4 dəfə dəyişdirilən rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi / 14.05.2024 22:35
“Haylar anası, bacısı ilə evlənirdilər…” - FOTO - VİDEO
Müsahibə, Təhlil / 14.05.2024 18:46
“Azərbaycan Ermənistan ərazilərini ələ keçirmək məqsədi güdmür” - VİDEO
Təhlil / 14.05.2024 16:49
İrəvanda İran izi və “böyük dividend” hədəfi – TƏHLİL
Elm və təhsil, Siyasi / 14.05.2024 14:33
“Ermənilərlə urartulular bir-birinə zidd tayfalardır” – ANONS - VİDEO
Müsahibə, Siyasi / 14.05.2024 13:41
Ermənistan cəmiyyəti manipulyasiya olunub – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 13.05.2024 22:29
“İrəvanda 332 axund, 105 mirzə, 118 seyid, 10 dərviş olub” - FOTO - VİDEO
Siyasi, Təhlil / 13.05.2024 17:07
Ermənistanda hakimiyyət dəyişsə nə baş verəcək? - VİDEO
Hərbi / 11.05.2024 23:56
Daşnaklarla vuruşan, saxta ittihamlarla güllələnən irəvanlı general - VİDEO
Müsahibə, Sosial / 10.05.2024 22:32
“Erməni nə bilir Ağdaşın qoynu, Gözəllər dərəsi və Cüt bulaqlar nədir” - FOTO - VİDEO
Təhlil / 10.05.2024 16:43
İrəvan ilə Moskva arasında “buzlar” əridimi? – TƏHLİL
Maraqlı, Sosial / 10.05.2024 13:12
“36 ildir yurd həsrəti içimizi göynədir” – Almaz Ülvinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Maraqlı, Sosial / 09.05.2024 23:15
Nərimanlı Kənd İcmasının Qarabağ müharibəsi iştirakçıları ilə görüşü - FOTO
Siyasi, Təhlil / 09.05.2024 22:17
Həm Rusiyanın, həm də Qərbin planına görə Zəngəzur dəhlizi reallaşacaq - FOTO - VİDEO