Müsahibə 18.11.2024 21:47

“Qərbi Azərbaycan həqiqətlərini gənclərə daha çox çatdırmalıyıq” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması Aparatının Gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev olub. O, Qərbi Azərbaycan İcmasının gənclərlə bağlı gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söhbət açıb. Bildirib ki, ümumilikdə ölkə gəncliyi, o cümlədən əslən Qərbi Azərbaycandan olan yeniyetmə və gənclər öz bilikləri, bacarıqları, istedadları ilə İcmanın işinə böyük dəstək olurlar.
A.İrzaquluyev deyib ki, 2024-cü ilin mart ayında İcmanın Gənclər Şurasında keçirilən geniş tərkibli görüşdə Qərbi Azərbaycanın 22 rayonu və kəndləri üzrə gənclərlə işləyəcək məsul şəxslər müəyyənləşdirilib: “Gənclərlə işin koordinasiyalı şəkildə qurulması üçün digər zəruri addımlar atılıb, müxtəlif ali təhsil müəssisələrində çoxsaylı görüşlər keçirilib. Tədbirlər planına uyğun olaraq hazırda da bu istiqamətdə işlər davam etdirilir. Sevindirici haldır ki, əslən Qərbi Azərbaycandan olan gənclər İcmanın təşkil etdiyi tədbirlərdə könüllü şəkildə, sevə-sevə iştirak edirlər. Onlar yeni təşəbbüs və ideyalar irəli sürürlər. Tarixi torpaqlarımıza qısa zamanda qayıtmaq onların ən böyük arzusudur”.

A.İrzaquluyev il ərzində gənclərlə bağlı keçirilən tədbirlərə digər nümunə kimi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə reallaşan futbol turnirini xüsusi qeyd edib: “20-dən artıq komandanın yarışdığı turnirdə hər bir rayonun tarixi adı onu təmsil edən yığma üzvlərinin futbol geyimləri üzərində əks olunmuşdu. Yekun olaraq qalib Qafan komandası olsa da, ümumilikdə qalib Qərbi Azərbaycan və bu ideya ətrafında toplaşan insanlar oldular. Turnirdə kütləvilik təşkil edildi, idman yarışı üzərindən maarifləndirici aksiya uğurla həyata keçirildi. Bundan başqa, cari il ərzində diaspor gənclərinin və tələbələrin düşərgələri də təşkil olunub, Qərbi Azərbaycanla bağlı olimpiada keçirilib. Diaspor gənclərinin Laçın görüşü hətta Ermənistanda da ciddi rezonansa səbəb olub. Bütün bu tədbirləri təşkil etməkdə məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmaq, onları məlumatlandırmaqdır. Bu prosesin uğurlu alınması üçün müxtəlif qeyri-hökumət təşkilatları və könüllülərin dəstəyindən də yararlanırıq. Bu il ərzində yaddaqalan hadisələrdən biri də qəbul imtahanlarında 600-dən artıq bal toplayan 150-yə yaxın Qərbi azərbaycanlı gənclə keçirilən görüş oldu. Eləcə də Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə rayon üzrə bu il ali təhsil müəssisələrinə qəbul olan gənclərlə görüş keçirilib. Təkcə bu rayon üzrə 800 gənc tələbə adını qazanıb. Onlarla aparılan söhbətlər bir daha göstərir ki, Qərbi Azərbaycanda tarixən elmə, biliyə, savada olan maraq bu gün də aktuallığını qoruyub saxlayıb”.

A.İrzaquluyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçısının öz ad gününü İcma nümayəndələri ilə keçirməsi soydaşlarımıza böyük ümid bəxş edib. O, ata-baba yurdu Dərələyəz mahalı Keşişkənd rayonu Ələyəz kəndindən də söhbət açıb. Valideynlərinin 1988-ci ildə zorla bu kənddən deportasiya olunduğunu, didərginlik həyatı yaşadığını qeyd edib. Bildirib ki, vaxtilə Qarabağı bələkdə məcburi köçkün kimi tərk edən uşaqlar 2020-ci ildə tanklar üstündə oranı işğaldan azad etdiyi, geriyə qayıtdığı kimi, Qərbi azərbaycanlı gənclər də dinc şəkildə, sülh və əmin-amanlıq şəraitində tarixi torpaqlarımıza qayıdacaq, doğma yurda yeni ruh, həyat gətirəcəklər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 18-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO