Mətbuat 23.07.2024 10:12

Qərbi Azərbaycan İcması bir qrup jurnalisti mükafatlandırıb - FOTO - VİDEO

Qərbi Azərbaycan İcması tərəfindən iyulun 22-də Milli Mətbuatın 149-cu ildönümü münasibətilə bir qrup media nümayəndəsi mükafatlandırılıb.

Rakus.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mətbuat nümayəndələrini salamlayıb, onları Milli Mətbuat Günü münasibətilə təbrik edib. O deyib ki, 149 il əvvəl ilk mətbu orqan “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanın mədəniyyət, elm, maariflənmə və mətbuat sahəsində yeni səhifə açılıb. Bu, ağır, çətin olsa da şərəfli peşədir. Mətbuat ictimai rəyin formalaşmasında mümüh gücə sahibdir və bütün dünyada mətbuat 4-cü hakimiyyət kimi qəbul olunub”.

İcma sədri Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Qlobal Media Forumunun keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, belə bir mövzunun seçilməsi adi məsələ sayıla bilməz: “Çünki həm bizim qarşılaşdığımız, həm də bütövlükdə, dün­yanın üzləşdiyi real­lıqdır. Bəllidir ki, ermənilər bütün fəaliyyətini tarix boyu yalan və dezin­formasiyalar üzərində qurub. Məhz ermənilər 200 il bu dezinformasiyalardan istifadə edib yalanlarını həqiqət kimi dünyaya sırıyıblar. İndi bizim, eləcə də medianın əsas vəzifələrindən biri Qərbin beyninə işləmiş erməni yalanlarını çıxarıb, yerinə Qərbi Azərbaycan həqiqətlərini yerləşdirməkdir. Hər birimiz bu işdə əməyimizi əsirgəməməliyik. Bu işdə hamınıza uğrlar arzulayıram”.

Ə.Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında KİV-in əhəmiyyətindən də söz açıb: “Mətbuatın ən böyük vəzifəsi Azərbaycan dövlətçiliyinin maraqlarına xidmət etməkdir. Əgər Qərbi Azərbaycan barədə hansısa məlumatı cəmiyyətə çatdırırsınızsa, deməli, siz Azərbaycanın dövlətçilik maraqlarına öz töhfənizi verirsiniz. İcmanın bundan xəbərdar olması önəmli deyil. Əminəm ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin işıqlandırılması məsələsində mətbuatla səmərəli əməkdaşlıq bundan sonra da davam etdiriləcək”.

Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli də media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik etdi, Azərbaycan jurnalistikasının şərəfli yol keçdiyini, media nümayəndələrinin 2-ci Qarabağ savaşı zamanı informasiya müharibəsində operativliyini, eləcə də Qərbi Azərbaycan mövzusuna xüsusi önəm verməsini yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Qərbi Azərbaycan İcma ilə əməkdaşlıq edən aparıcı media orqanlarının nümayəndələri Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində göstərdikləri fəaliyyətə görə mükafatlandırılıb və onlara hədiyyələr təqdim olunub.

 

Baku Tv-nin müəllif-redaktoru Əsgər İbrahimov jurnalistlərin əməyinə verdikləri qiymətə görə İcma sədri Əziz Ələkbərliyə minnətdarlığını bildirib, həmkarlarını əlamətdar gün münasibətilə təbrik edib. O deyib ki, böyük vətənpərvər maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan mətbuatı 149 ildə çətinliklər yaşasa da şərəfli səlnamə yazıb, bütün proseslərdə hər zaman öndə olub: “44 günlük Vətən müharibəsində Azərbaycan jurnalistləri fəaliyyətləri ilə bir daha onu göstərdilər ki, media işçiləri hər zaman cəsur olub, bütün proseslərdə öndə gedib, qələmini silaha çevirib dövlətçilik yolunda şəhidlik zirvəsinədək ucalıb. Bu gün bizim üçün əziz olan mətbuat günündə şəhid jurnalistlərimizə Allahdan rəhmət diləyirik. Əminik ki, Qarabağ zəfərindən sonra başlayan Qərbi Azərbaycan məsələsi də müsbət sonluqla başa çatacaq və onların ruhları da şad olacaq. Bizim hər birimiz doğma yurd-yuvamıza qovuşmaq üçün eyni hədəfə xidmət etməliyik. Milli mətbuatımızın 150-ci ildönümünü doğulub boya-başa çatdığımız, suyunu, havasını udduğumuz, əbədi və əzəli məkanımız olan Qərbi Azərbaycan torpağında qeyd etmək hər birimizin arzusudur”.

Vision TV-nin (Azərbaycan) Baş redaktoru Şöhrət Eldəniz jurnalist fəaliyyətinin hər zaman qürurverici olduğunu, Azərbaycan mətbuatının ağır sınaqlardan keçdiyini söylədi: “Bu gündə bu şərəfli peşənin nümayəndələri kimi, bizlər bu yolu ləyaqətlə davam etdirir, dövlət, Vətən anlayışını heç zaman unutmuruq. Media təmsilçilərinə göstərilən bu diqqətə görə Qərbi Azərbaycan İcmasına təşəkkürümü bildirirəm”.

Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar, eləcə də Manşet.az saytının Baş redaktoru Famil Fərhadoğlu, Trend İnformasiya Agentliyinin Azərbaycan bölməsinin Baş redaktoru Təhməz Əsədov, Bizim.Media informasiya portalının Baş redaktoru Anar Tahirov, jurnalistlər Aysel Aslan, Fxriyə Lilpar, Qərbi Azərbaycan Televiziyasının əməkdaşı Lamiyə Rövşənqızı, Real TV-nin əməkdaşı Namidə Bingol, ATV, İTV, ARB-nin nümayəndələri və digər mətbuat orqanlarının nümayəndələri də mükafatlandırılıblar.

Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub (FOTO)

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO