Elm və təhsil 22.02.2024 17:46

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO

Fevralın 22-də Qərbi Azərbaycan İcmasında (QAİ) filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müəllifi olduğu “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub.

Rakus.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana aid kitabların, nəşrlərin İcmada təqdim olunmasının artıq ənənə halını aldığını deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də imzaladığı Fərman ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnun təsbit edilməsi baxımdan olduqca əhəmiyyətli idi və Qərbi Azərbaycan ideyasının gündəmə gəlməsinə səbəb oldu.

Əziz Ələkbərli Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin də Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaları istiqamətində İcmanın qarşısına qoyduğu məqsəd və vəzifələr barədə danışıb.

O, Qərbi Azərbaycanın ilk mətbu orqanı haqqında məlumat verib. Bildirib ki, İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş jurnal “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini davam etdirib.

Digər çıxış edənlər də kitabın Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımdan əhəmiyyətini vurğulayıblar.

Nəşrin uğurlu olacağına əminliklərini ifadə edən çıxışçılar Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsindən sonra bu cür kitabların nəşrinin önəmindən danışıblar.

Kitabın elektron versiyasının da hazırlanması tövsiyə edilib, ölkədən kənarda təbliğinin vacibliyi vurğulanıb.

Sonra çıxış edən Cəlal Allahverdiyev nəşrdə Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixinin, Ermənistan tərəfindən soydaşlarımıza qarşı dörd deportasiyanın həyata keçirildiyi ötən əsrdə sözügedən mətbu orqanlarının keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolunun araşdırıldığını söyləyib.

Diqqətə çatdırılıb ki, kitabda Qərbi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitin inkişafında və formalaşmasında böyük rol oynamış anadilli mətbuat orqanlarının rolundan geniş bəhs edilir. Müəllif Qərbi Azərbaycanda Ermənistan tərəfindən soydaşlarımıza qarşı edilən təzyiqlərə rəğmən, milli mətbu orqanlarının meydana gəlməsində və onların işində böyük fədakarlıq göstərmiş, adları mətbuat tariximizə qızıl hərflərlə yazılmış görkəmli ziyalıların fəaliyyəti barədə ətraflı məlumat verir.

Araşdırılmış yeni mətbuat orqanları ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilib.

Cəlal Allahverdiyev bu tədqiqatın mətbuat tariximizin ağrı-acılı səhifələrindəki boşluğun doldurulması istiqamətində atılan ilk addım olduğunu əlavə edib.

Xatırladaq ki, kitabın müəllifi Cəlal Vaqif oğlu Allahverdiyev Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasının dosenti, H.Əliyev iqtisadi irsinin öyrənilməsi mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə bağlı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti” (2010), “İrəvan pedaqoji məktəbi” (2015), “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi” (2017), “İrəvanda milli maarifçilik mühiti” (2017), “İrəvanda ictimai-siyasi və mədəni mühit” (2019), “İrəvan ensiklopedik foto toplusu” (2019), “Ömrün illəri” (2020), “İrəvan müəllimlər seminariyası” (2022) kitablarının müəllifi, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Əştərək, Üçkilsə və Sərdərabad rayonları İcmasının sədridir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO