Siyasi 12.09.2024 22:32

Ermənistanda Qərbi Azərbaycan torpaqları Azərbaycan ərazisi olaraq qeyd olunan xəritələr yayılır - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Mühacir hökumət ideyası Ermənistanı lərzəyə gətirdi” adlı süjetdə Qərbi Azərbaycan İcmasının mühacirətdə hökumətin yaradılması təşəbbüsü ilə çıxış etməsinin Ermənistanda ciddi qorxulara səbəb olmasından bəhs edilir.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqları hesabına yaradılan indiki Ermənistanın əraziləri hadisələrin inkişafında ən yaxşı halda XX əsrin əvvəlində mövcud olan 9-10 min kvadratkilometrə qədər azalacaq, ən pis halda isə bu dövlət coğrafiyadan silinəcək: “Ermənilər bunu yaxşı anlayırlar və qorxularının kökündə məhz inkar etməyə çalışdıqları Qərbi Azərbaycan reallığı, Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması zərurəti dayanır”.

Qeyd olunur ki, Ermənistanda Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması təşəbbüsünü bu ölkəyə qarşı ərazi iddiası kimi qiymətləndirirlər: “Bu, beynəlxalq ictimai rəyi yanlış yönləndirmək və azərbaycanlıların geriqayıdış hüququnun qarşısını almaq məqsədi daşıyır. Əslində mühacirətdə hökumətin yaradılmasının başlıca prioriteti 1 milyon azərbaycanlı qaçqının öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi ola bilər və beynəlxalq hüquq bunu təspit edir. Ermənistan beynəlxalq hüququn subyekti olaraq bunu təmin etməyə borcludur”.

Süjetdə erməni politoloq Beniamin Matevosyanın fikirlərinə də yer verilir. Onun sözlərinə görə, Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması baş verəcək və bu, Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyinin nəticəsidir: “Rəsmi Bakı azərbaycanlıların geri qayıdışını, yəni Ermənistanda məskunlaşmalarını tələb edir. Bəllidir ki, bu qayıdış reallaşandan sonra azərbaycanlılar üçün ən yüksək səviyyədə özünüidarəetmə strukturunun yaradılması tələbi irəli sürüləcək”.

Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan mühacirət hökuməti gündəmə gələndən sonra Ermənistanda bu ölkənin ərazisinin 10 min kvaratkilometr olduğunu əks etdirən xəritələr tirajlanır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış qaçılmaz perspektivdir, bunu Ermənistanda da anlayırlar və təşvişə düşmələrinin səbəbi də budur: “Ermənistan gec-tez beynəlxalq hüquq əsasında soydaşlarımızın təhlükəsiz şəkildə öz evlərinə qayıdışını ya təmin edəcək, ya da Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti özü bərpa edəcək. Bu halda Ermənistanın ərazisi ən yaxşı halda 10 min kvadratkilometrə qədər azalacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 12.09.2024 22:32
Ermənistanda Qərbi Azərbaycan torpaqları Azərbaycan ərazisi olaraq qeyd olunan xəritələr yayılır - FOTO - VİDEO
Siyasi, Təhlil / 12.09.2024 14:28
Mühacirət hökuməti və İrəvanın təşvişi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 11.09.2024 22:16
Ağbaba, Ağbaş, Ağvan, Ağqala, Ağbaba, Ağvəng və Ağqaya – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 11.09.2024 12:21
Adı ləğv edilib yerində 2 rayon yaradılan yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 10.09.2024 22:06
“Tava-Təpə” abidəsi “Göbəkli Təpə” abidəsi kimi bütövlükdə dəfn edilib” - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 10.09.2024 19:52
“Azərbaycanlıların geri qayıtması Ermənistanda demoqrafiyanın bərpasına kömək edəcək” - VİDEO
Elm və təhsil / 10.09.2024 14:01
Erməni tarixçilərin “Tava Təpə” etirafı – ANONS
Müsahibə, Mətbuat / 10.09.2024 13:26
“Ermənilər özlərinə böyük çuxur qazırlar” – ANONS
İdman / 10.09.2024 09:49
Şəhid jurnalistlərin xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başlayır - FOTO - VİDEO
Müsahibə / 09.09.2024 22:34
“Qərbi Azərbaycana qayıdışa beynəlxalq hüququn tərkib hissəsi kimi baxmalıyıq” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 07.09.2024 22:09
“Gümrü Kimmer türk tayfasının adını əks etdirir - FOTO - VİDEO
Elm və təhsil / 07.09.2024 13:51
Qərbi Azərbaycanda 24 Oğuz tayfası – ANONS - VİDEO
Elm və təhsil / 07.09.2024 11:22
Bu il tələbə adını qazanan Ardanış gəncləri ilə görüş keçirilib - FOTO
Siyasi, Sosial / 06.09.2024 21:47
“Körpələri, qocaları göydə vertolyota bağlama kimi atırdılar” - FOTO - VİDEO
Maraqlı, Sosial / 06.09.2024 13:49
“4 aylıq oğlumu 3 saatdan sonra tapdım” – Kifayət İbrahimovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.09.2024 22:38
Erməni baş nazir yenidən “yalan maşınını” işə saldı - FOTO - VİDEO
Siyasi / 05.09.2024 13:35
Paşinyan Qərbi Azərbaycanı erməni torpağı saymır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 04.09.2024 22:00
Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı, Ağdağ və Ağadi – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 04.09.2024 13:25
Hayların çirkin toponim oyunbazlığı – ANONS - VİDEO
Elm və təhsil / 03.09.2024 22:19
“Tava-təpə”də tapılan nümunələr Qafqazda qədimdən yaşayanların kimliyini göstərir” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 03.09.2024 18:21
“Türkiyədə Qərbi Azərbaycan icmasının fəaliyyətinin işıqlandırılması vacibdir” - VİDEO
Elm və təhsil, Mədəni / 03.09.2024 14:07
“Tava Təpə” – böyük türk mədəniyyətinin izləri” – ANONS - VİDEO
Müsahibə, Mədəni / 03.09.2024 13:14
Türkiyə-Ermənistan münasibətləri bərpa olunur – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 02.09.2024 22:00
“İrəvana aid xəritəni Moskva arxivindən gətirmək istəyirəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.08.2024 21:04
“1988-ci il iyununda 3 kənd sakinini yolda faciəli sürətdə öldürdülər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 30.08.2024 13:56
“Babamgil 1915-ci il qırğınında Qarsa qaçıb” – Valeh Novruzovun “Həyat Hekayəsi” - VİDEO