Gündəm 28.11.2023 20:00

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Zəngəzur boyunca və əsasən Ermənistanın Azərbaycanla sərhəd kəndlərin sürətlə boşalmasından,  rəsmi İrəvanın Qarabağdan köçən erməniləri Zəngəzur boyunca yerləşdirmək istəyindən, ağır iqtisadi və sosial vəziyyətə görə gələn ermənilərin daha çox xarici ölkələrə üz tutmasından bəhs olunur.

Bildirilir ki, müharibədən istifadə edib sərhəddə Azərbaycan kəndlərinin torpaqlarını istifadə edən ermənilər indi bu əraziləri tərk edirlər: “Əslində bu ərazilər 1991-ci ilə qədər Azərbaycanın olub və buna siyasi don geyindirməklə ermənilər iqtisadi böhranın mahiyyətini gizlətməyə cəhd edirlər”.

Verilişdə Qafanın Çakaten kəndinin sakinləri ağır həyatları, sosial vəziyyətlərinin çətinliyini erməni jurnalistinin reportajında dilə gətirilir. Onların sözlərinə görə, gənclər kəndi çoxdan tərk ediblər, köçün səbəbi işsizlikdir, burada ancaq yaşlı insanlar qalıblar.

Qeyd olunur ki, Ermənistanda ciddi müzakirə olunan mövzu Azərbaycan anklavlarının qaytarılmasıdır. Söhbət Qazax rayonunun Yeddi kəndi və Naxçıvan Kərki kəndindən gedir. Kərki Şimaldan Cənuba doğru uzanan əsas magistral yolunun üstündə yerləşdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir. Son illərdə 2020-ci ildə köçmüş Qarabağ ermənilərini bu kəndə yerləşdiriblər. Bütün dövrlərdə bu kəndlərdə azərbaycanlılar yaşayıb. 1991-ci ildən 8 kəndi işğal edən Ermənistan bura erməniləri yerləşdirilib. Müzakirələrin qızışdığı bir vaxtda erməni jurnalistlər Kərki kəndində vaxtaşırı olub sakinlərin bu kəndin Azərbaycana qaytarılması məsələsinə münasibət öyrənirlər.

Ermənilər Kərki kəndinin adını dəyişib Tiqranaşen qoymaqla kəndi qaytarmaq istəmədiklərini  bildirirlər: “Adamlar 30 ildir bu kənddə yaşayırlar. Biz özümüzə hər cür şərait yaratmışıq, hara gedək?! İndi hakimiyyət bu balaca kəndi saxlaya bilmirsə, İrəvanı necə saxlayacaq?! Tamamilə məyus olmuşuq. Ailəm ilə birlikdə kimsəsiz adaya köçməyi arzu edirəm. Bizim hakimiyyət Qarabağı təhvil verdi. Mən də qarabağdanam. Hamımız  bomj statusuna düşmüşük. Ölkədəki vəziyyət dəhşətlidir siz hansı sülhdən danışırsınız?! Bu reallıqda yaşamaqdansa ölmək yaxşıdır. Hamımız Ermənistanı tərk edəcəyik”.

Sonda vurğulanır ki, onilliklər boyunca yalan vədlər verən, düşmənçilik hissi ilə yaşayan ermənilərə baxmayaraq sülh istəyənlərin də sayı az deyil: “Anklavların qaytarılması ilə bərabər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsini erməni ictimaiyyətinin qəbul edəcəyi gerçəklikdir. Əks halda regionda tam sülh və dinc yaşama cəhdləri bəhrə verməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 28-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 28.11.2023 19:14
“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 28.11.2023 15:31
Konqresin yanlış mövqeyinin etirafı – Vaşinqtondan Bakıya telefon zəngi – TƏHLİL
Siyasi / 28.11.2023 14:26
Zəngəzur boyunca kəndlər boşaldılır – ANONS - VİDEO
Müsahibə / 28.11.2023 13:01
“Praqmatik ermənilər Azərbaycanla sülh yaratmağa çağırırlar” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 27.11.2023 20:02
“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə vermədilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 27.11.2023 16:25
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – TƏHLİL
Hadisə, Mətbuat / 25.11.2023 19:05
Subatan – Bulaqlarda suyun çoxalmasının faciəsi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 24.11.2023 20:15
“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər”
Maraqlı, Sosial / 24.11.2023 13:43
“Atam dedi ki, apar məni Qaraqayada basdır” – “Həyat Hekayəsi” – ANONS
Siyasi / 23.11.2023 20:00
Azərbaycan bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri olacaq - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2023 18:37
ASKEF üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri – I YAZI - FOTO
Siyasi, Təhlil / 23.11.2023 14:46
Paşinyanın “Qərbi Azərbaycan”la bağlı məkrli planı – ANONS
Elm və təhsil, Mədəni / 23.11.2023 14:16
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi başlayıb - FOTO - VİDEO
Gündəm / 23.11.2023 12:06
Ardanış kənd icmasının ilk iclası keçirilib - FOTO
Gündəm, Siyasi, Sosial / 22.11.2023 19:51
İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu - FOTO - VİDEO
Maraqlı, Siyasi / 22.11.2023 13:45
Amasiya torpaqlarını Ermənistana kim verdi? – ANONS
Hərbi, Siyasi / 22.11.2023 10:48
Ermənistanın mina terrorunun qurbanları AŞPA Prezidentinə müraciət edib
Mədəni / 21.11.2023 19:57
“Azərbaycanlılar İrəvana köçür, teatrları da gəlir” - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 21.11.2023 18:47
Ən dəhşətli saxtakarlıq – “Böyük Ermənistan” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 21.11.2023 18:00
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı keçiriləcək
Siyasi / 21.11.2023 17:46
QAİ bəyanat yaydı: “AŞPA-nın monitorinq proseduru alətə çevrilib”
Təhlil / 21.11.2023 14:44
Birbaşa danışıqlar təşəbbüsü – Vaşinqtonun sual doğuran səmimiyyəti – TƏHLİL
Mədəni, Siyasi / 21.11.2023 14:26
Erməni tarixçi-etnoqrafın İrəvan teatrı ilə bağlı etirafı – ANONS
Elm və təhsil / 21.11.2023 12:08
BDU-da Göyçə mahalında kitabxana işi adlı seminar keçirilib - FOTO
Müsahibə / 20.11.2023 20:01
“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO