Gündəm 30.01.2023 19:10

Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində

Bu gündən Baku Tv-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsinə start verilir.

Rakus.az xəbər verir ki, ilk süjetdə Qərbi Azərbaycanın tarixi oğuz-türk yurdu olduğu faktlarla göstərilir, ermənilərin Qarabağda, eləcə də hələ Qərbi Azərbaycandan son deportasiya başlamışdan əvvəl Göyçə mahalının bir çox oğuz-türk məskənlərindən olan, yeraltı və yerüstü sərvətlərlə zəngin Çəmbərək (Krasnoselsk) rayonunun Ardanış kəndindəki “Dağ yeri”, “Güllərin döşü”, “Kəvəkli dərə”, “Çalın daşı”, “Kollu quzey”, “Qara Güney”, “Şah ocağı” adı ilə tanınan ərazinin necə talan edilib viran qoyulmasından, ekoloji terrorundan söz açılır.

İlk süjeti yanvarın 30-da saat 22:00-da QATARLARLA SƏRVƏTİ DAŞINAN QƏRBİ AZƏRBAYCAN adı ilə Baku Tv-nin efirində izləyə bilərsiniz. 

 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

 

XƏBƏR LENTİ
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
QATARLARLA SƏRVƏTİ DAŞINAN QƏRBİ AZƏRBAYCAN - VİDEO
Gündəm / 30.01.2023 19:10
Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində
Elm və təhsil, Müsahibə / 26.01.2023 15:39
İsmayıl Rafiqoğlu: “Abşeron zəfəranı daha keyfiyyətlidir” - FOTO
Hərbi, Mədəni / 16.01.2023 19:12
“Zəfərə gedən yol”
Mədəni / 14.01.2023 11:50
Yerin, göyün bir quşu var, qardaşım…
Gündəm / 13.01.2023 13:05
Ulu Öndər region və dünya üçün önəmli şəxsiyyət idi – Heydər ƏIiyevi səfərlərdə müşayiət etmiş jurnalist xatirələrini danışır
Gündəm / 01.01.2023 00:05
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti
Gündəm / 12.12.2022 08:00
Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür
Elm və təhsil, Gündəm / 08.12.2022 20:04
Ələkbər Həsənli – Göyçəmizin göynək yaralı ziyalısı - FOTO
Mədəni / 05.12.2022 16:04
“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO
Siyasi / 04.12.2022 14:50
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əməyinin bəhrəsidir – MƏQALƏ
Mədəni / 29.11.2022 12:53
Duyan üçün teatrın dili yoxdur… – TAMAŞADAN TƏƏSSÜRAT
Maraqlı, Mətbuat / 17.11.2022 13:47
Mən kitab oxumuram… – SƏRBƏST YAZI
İdman / 08.11.2022 15:05
Çempion bəlli oldu – “Novoivanovka” ilk kuboku qazandı - VİDEO
Gündəm, İdman / 06.11.2022 15:15
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başa çatdı - FOTO
Gündəm, İdman / 04.11.2022 10:32
Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO
Siyasi / 02.11.2022 13:00
Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub – XİN
Mədəni / 01.11.2022 09:30
Əlli dörd günlük erməni mühasirəsindən bəhs edən film - VİDEO
İdman / 31.10.2022 12:16
Turnirin yarımfinalı – epizodlar, qollar, finalın anonsu – CƏDVƏL - VİDEO
Hadisə, İdman / 31.10.2022 10:43
Gərgin keçən oyun – diqqətçəkən mənzərə - FOTO
Gündəm, İdman / 30.10.2022 13:22
Yarımfinal oyunları keçirilib, “Göyçə” və “Novoivanovka” finala vəsiqə qazanıb - FOTO
Mədəni / 29.10.2022 18:02
“Parabüzən” qısametrajlı filmin təqdimatı - FOTO - VİDEO
İdman / 28.10.2022 10:00
Xatirə turnirində yarımfinalçılar həftəsonu duelə çıxır - FOTO
Mətbuat / 27.10.2022 10:41
“Report” İA-nın fəaliyyətindən 8 il ötür - VİDEO
Hadisə, İdman / 24.10.2022 11:03
Üçüncü turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO