“İrəvana gedən azərbaycanlılara daha çox zülm olub. Hətta onları enli borulara doldurub yandırmışdılar”.
Bunu jurnalist Əsgər İbrahimov Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası”ında ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən danışarkən deyib.
Qərbi Azərbaycandan qaçqın Ə.İbrahimov ailə üzvlərinin bir-birindən necə ayrı düşməsindən bəhs edib:
“Noyabrın 5-də bacımın yoldaşı məni Şəmkirə apardı. Mərhum şəhid jurnalist Məhərrəmi və Azəri Gədəbəyə göndərdik. Böyük qardaşım Saxalində əsgərlikdə idi, onun haqqında xəbər yox idi. Bacılarımın hərəsi bir yerdə idi. Ailə pərən-pərən düşdü. Ata-anamız qalmışdı orada, heç bir məlumatımız yox idi”.
Daha ətraflı süjetdə: https://oxu.az/society/694018