Gündəm 09.02.2023 14:32

Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”

Bu gün jurnalist kimi fəaliyyət göstərən Ə.İbrahimov qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycandan söz açıb, strateji, zəngin təbiəti olan Göyçə ilə bağlı xatirələrini bölüşüb, uşaqlıq illərindən, kəndi tərk etməsindən, ermənilərin törətdiyi faciələrdən, ailəsinin deportasiyaya məruz qalaraq pərən-pərən düşməsindən danışıb, erməni terroruna məruz qalan şəcərəsindən söhbət açıb.

Ermənilər oraya sonradan gəliblər

Hamı bilir ki, ermənilər ora köçmədir. Bunu bütün faktlar, tarixçilər, erməni mənbələri çox aydın göstərir ki, ermənilər orada yaşamayıblar. O zaman kənddən avtomobillər, maşınlar rayona gedirdi, şüşəsini sındırırdılar. İrəvan şəhərinə gedənlər üçün çox çətin idi. Şəhərə yaxın olan Zəngibasar zonası azərbaycanlılardan ibarət olduğu üçün onlara daha böyük zülm verilib. Hətta onları enli, həcmi böyük olan borulara doldurub, iki tərəfini qaynaq edib yandırmışdılar. Belə faciələr baş vermişdi.

Mən 1988-ci ildə 10-cu sinifdə oxuyurdum. Həmin il noyabrın 5-də bacımın yoldaşı məni Şəmkirə, Yeni kəndə apardı. Atam evin sonbeşiyi rəhmətlik şəhid jurnalist Məhərrəm və ondan böyük qardaşım Ələsgəri Gədəbəyə əmimin yanına göndərdi. Böyük qardaşım Əkbər Saxalində hərbi xidmətdə idi, heç bir məlumat yox idi. Bacılarımın biri Bakıda, biri o rayonda, biri bu rayonda, biri də İrəvanda mühasibatlıq texnikumunda oxuyurdu. Onu da Xırdalana bacımın yanına göndərdilər. Ailəmiz pərən-pərən düşdü. Təsəvvür edin, ata-ana orda qalıb, biz hərəmiz bir yerdə, bir-birimizdən heç bir məlumat yoxdur.

O zaman yollarda bizi çox incitdilər, çox çətinliklə gəldik. Yolboyu yeznə göstərirdi ki, bax görürsənmi ermənilər maşını necə vurub, yandırıblar. Mən o mənzərəni görmüşəm. Nəhayət, biz 1989-cu ildə Bakıda bir yerə yığışa bildik. Böyük qardaşımız da əsgərlikdən gəldi.

Novruz bayramı bizim zonadakı kimi heç bir yerdə möhtəşəm keçirilmirdi

Dağın döşündə göyəm deyilən kol bitirdi. Biz o kolları elə yandırırdıq ki, Novruz bayramınız mübarək olsun! Aydın şəkildə oxunurdu. Bu mənzərə Göyçə gölünün o üzündən, Kəvərdən (indiki Kamo) aydın görünürdü, erməniləri dəhşət bürüyurdü.

Bu saz mənim genetik kodumdur. Bizim toplumun, Qərbi Azərbaycanın əksər mahallarının genetik kodu budur. Həmişə uşaqlarıma da bunu öyrədirəm. Çox maraq göstərirlər, ifa etmək istəyirlər.

Heç vaxt pessimist olmadım

Kəndimiz, evimiz, otaqlarımız, həyətimiz, məhəllələr, yollar, izlər, bulaqlar, kəndin sakinləri hamısı gözümün qabağındadır. Ana babam İsmayıl kişi 1918-20-ci illərdə daşnaklara qarşı mübarizədə xalq qəhrəmanı Məşədi Hümbət kişinin silahdaşı olub. Ata babam Məhərrəm 1942-ci il sentyabrın 3-də Böyük Vətən müharibəsində qəhrəmancasına, rəşadət göstərərək Xarkov şəhərində həlak olub. Qardaşım Ələsgər 1-ci Qarabağ savaşında əlil olub, kiçik qardaşım Məhərrəm 2-ci Qarabağ savaşında jurnalist kimi peşə fəaliyyətini yerinə yetirərkən erməni terrorunun qurbanı olub, şəhidliyə ucalıb. İtkilərim çoxdur, bunu unuda bilmərəm. Amma pessimizmə də qapılmıram.

Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik

Millətin rəhbəri olanda, rəhbər millətini, xalqını sevəndə istənilən hədəfə nail olmaq mümkündür. Bunu tam əminliklə deyirəm. Bu gün Azərbaycan rəhbərinin strategiyası bəllidir. Mən indi hörmətli İlham Əliyevə, cənab Prezidentə necə təşəkkür etməyim ki, həsrətində olduğum Vətəni qarşıya hədəf qoyub. Bu hədəf üçün cənab Prezidentə gücümüz daxilində kömək etməliyəm, yerimi-yurdumu danışmalıyam, göstərməliyəm, xatırlatmalıyam, deməliyəm. Biz toplum olaraq ona dəstək olacağıq.

Hörmətli Prezident İlham Əliyev sərkərdə adını zatən 2-ci Qarabağ savaşında qazandı. İnşallah, onun Qərbi Azərbaycan uğrunda nailiyyətindən sonra sərkərdəmizi Göyçədə Novruz tonqalına dəvət edəcəyik. Bu, ən böyük arzumdur.

https://report.az/daxili-siyaset/qerbi-azerbaycan-xronikasi-prezidenti-goycede-novruz-tonqalina-devet-edeceyik/

 

XƏBƏR LENTİ
Gündəm, Mətbuat / 09.02.2023 14:32
Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”
Mətbuat / 09.02.2023 14:20
Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlı jurnalistin ailəsini necə parçaladı? - VİDEO
Gündəm, Siyasi / 09.02.2023 11:25
Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Mətbuat, Siyasi / 08.02.2023 19:00
“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası
Gündəm, Siyasi / 08.02.2023 17:25
Jurnalistin “Həyat hekayəsi” bu gün Baku Tv-nin efirində – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.02.2023 20:07
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Siyasi, Təhlil / 04.02.2023 17:35
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ
Elm və təhsil, Mədəni / 02.02.2023 13:26
“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO
Gündəm, Siyasi, Təhlil / 31.01.2023 11:00
Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
“Qatarlarla sərvəti daşınan Qərbi Azərbaycan” - VİDEO
Gündəm / 30.01.2023 19:10
Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində
Elm və təhsil, Müsahibə / 26.01.2023 15:39
İsmayıl Rafiqoğlu: “Abşeron zəfəranı daha keyfiyyətlidir” - FOTO
Hərbi, Mədəni / 16.01.2023 19:12
“Zəfərə gedən yol”
Mədəni / 14.01.2023 11:50
Yerin, göyün bir quşu var, qardaşım…
Gündəm / 13.01.2023 13:05
Ulu Öndər region və dünya üçün önəmli şəxsiyyət idi – Heydər ƏIiyevi səfərlərdə müşayiət etmiş jurnalist xatirələrini danışır
Gündəm / 01.01.2023 00:05
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti
Gündəm / 12.12.2022 08:00
Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür
Elm və təhsil, Gündəm / 08.12.2022 20:04
Ələkbər Həsənli – Göyçəmizin göynək yaralı ziyalısı - FOTO
Mədəni / 05.12.2022 16:04
“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO
Siyasi / 04.12.2022 14:50
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əməyinin bəhrəsidir – MƏQALƏ
Mədəni / 29.11.2022 12:53
Duyan üçün teatrın dili yoxdur… – TAMAŞADAN TƏƏSSÜRAT
Maraqlı, Mətbuat / 17.11.2022 13:47
Mən kitab oxumuram… – SƏRBƏST YAZI
İdman / 08.11.2022 15:05
Çempion bəlli oldu – “Novoivanovka” ilk kuboku qazandı - VİDEO
Gündəm, İdman / 06.11.2022 15:15
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başa çatdı - FOTO
Gündəm, İdman / 04.11.2022 10:32
Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO