Siyasi 23.05.2024 23:07

“Qarabağda beynəlxalq hüququ təmin edən ordumuz eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bakı İrəvanı dalandan çıxarmaq qarşılığında azərbaycanlıların öz yurdlarına qayıdışını tələb edir” adlı süjetdə Qərbi Azərbaycana qayıdış strategiyasının Qarabağın azad edilməsindən sonra dövlət və millət olaraq prioritet hədəfə çevrildiyi, 44 günlük müharibədən sonra bu istiqamətdə mühüm addımların atıldığı bildirilir.

Qeyd olunur ki, son illərdə deportasiya olunmuş soydaşlarımızın icmalaşması sürətlənib, azərbaycanlıların öz yurdlarına qayıdışı Ermənistanla danışıqlar masasına daxil edilib, Qərbi Azərbaycan məsələsi beynəlxalq müstəviyə çıxarılıb: “Ermənistanı ən çox narahat edən məqam Qərbi Azərbaycan məsələsinin beynəxlalq təşkilatların gündəliyinə daxil edilməsidir. Misal üçün, rəsmi Bakının Qərbi Azərbaycanı ATƏT platformasında gündəmə gətirməsi İrəvanda isteriya yaradıb. Ermənistanın və erməni diasporu/lobbisinin bütün cəhdlərinə baxmayaraq, Qərbi Azərbaycana qayıdışı məsələsi artıq beynəlxalq müstəvidə də qəbul edilir”.

Diqqətə çatdırılır ki, əsas məsələ soydaşlarımızın öz yurdlarına təhlükəsiz şəraitdə qayıtmasıdır: “Beynəlxalq hüquq bunu dəstəkləyir. 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qeyd olunur ki, qaçqın irqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsdir. Azərbaycanlılar da məhz məhz irqi, dini və milli mənsubiyyətlərinə görə öz yurdlarından qovulub və bu gün öz mənsubiyyətlərinə görə evlərinə qayıda bilmir. Ermənistan beynəlxalq hüququn bu tələbini yerinə yetirməlidir. Əsas məsələ Ermənistanın beynəlxalq hüququn tələbini yerinə yetirməsi – soydaşlarımzın təhlükəsiz şəraitdə evlərinə qayıdışını təmin etməsidir”.

Bildirilir ki, Ermənistanın ən böyük problemi “dalan ölkə” olmasıdır və bu dalandan çıxa bilməsələr, XX əsrin əvvəlində bizim torpaqlarımız hesabına yaratdıqları “Ermənistan” adlı dövlətin mövcudluğu sual altına düşəcək. Bu baxımdan, bu coğrafiyada dövlət kimi qalmalarının yeganə yolu Azərbaycanla anlaşmaq və regional layihələrə qoşulmaqdır.

Süjetdə həmçinin Qərbi Azərbaycana qayıdışdan sonra azərbaycanlıların təhlükəsizliyini Rusiya və Türkiyənin birgə qormaq imkanlarından, Qarabağda beynəlxalq hüququ təmin edən ordumuzun eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə biləcəyindən də söz açılır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana böyük qayıdışın birdən çox yolu var: “Bu yollardan ən məqbulunu seçmək Ermənistana qalıb, əks təqdirdə, ermənilər üçün arzuolunmaz ssenarilə aktuallaşacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 23-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO