Gündəm 05.10.2023 19:49

Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə” adlı süjetdə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlərinin Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıdığı, Qarabağ bölgəsində və Ermənistandakı separatçıların tör-töküntüləri üzərinə düşən öhdəliklərə əməl etmədikləri üçün reallaşdığı bildirilir.

Qeyd olunur ki, separatçılar  2020-ci il 10 noyabr bəyanatına ziddi olaraq hələ də bölgədə Azərbaycanın təhlükəsizliyini təhdid edir, ərazi bütövlüyü və suverenliyinin pozurdu: “Təkcə 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 18-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 48-i  mülki, 13-ü hərbçi olmaqla 61 nəfər həlak olub. Ümumilikdə mina partlayışları nəticəsində 101 mülki, 152  hərbçi yaralanıb. Ermənistanın və regiondakı separatçıların qalıqlarının qanunazidd bu kimi əməlləri daim törədiblər. Elə 1988-ci ildə də Qərbi azərbaycanlıları doğma yurdlarından Ermənistan hakimiyyəti və bu cür kriminal ünsürlər çıxarıblar. Qərbi Azərbaycan türkləri Ermənistan vətəndaşlığından zorla məhrum ediliblər”.

Xüsusi vurğulanır ki, Azərbaycan tərəfi erməni sakinlərin təhlükəsizliyini təmin edəcəyini dəfələrlə vurğulayıb, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məsələyə bir daha toxunub, erməni sakinlərə yaranmış şansdan istifadə etməyə çağırıb.

Süjetdə diqqətə çatdırılır ki, Qarabağdakı erməni sakinlər Azərbaycana inteqrasiya olunacağı kimi, Qərbi azərbaycanlılarında Ermənistan cəmiyyətinə inteqrasiyası məsələsi paralel getməlidir: “Bu, qarşılıqlı etibarın yaranmasına və artmasına müsbət təsir göstərəcək. Dünyanın aparıcı dövlətləri və Avropa İttifaqı rəsmiləri də erməni sakinlərin təhlükəsizliyini rəsmi Bakının təmin edəcəyini vurğulayırlar. Ancaq Azərbaycan qarşısında öhdəlik qoyan bəzi dövlətlər hüququ tapdanan Qərbi azərbaycanlılarla bağlı oxşar şərtləri rəsmi İrəvan qarşısında irəli sürsələr daha yaxşı olar. Qarabağdakı erməni sakinlərin hüquqları səviyyəsində Qərbi Azərbaycan türklərinin də vətəndaş hüquqlarının və təhlükəsizlikərinin  təmin olunması ilə bağlı Ermənistanda hakimiyyətin öhdəlik götürməsi labüddür. Odur ki, bütövlükdə onların vətəndaşlıq hüququ, o cümlədən mülkiyyət hüquqlarının bərpası sülh müqaviləsinin davamlı olmasına yardım edər”.

Sonda Rusiyanın vasitəçiliyi ilə lokal xarakterli tədbirlərin sentyabrın 20-də dayandırılması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində tam şəkildə tərksilah olundular: “Bu tədbir Qərbi Azərbaycana, Qarabağa və ətraf bölgələrə təhlükəsiz qayıdış üçün böyük töhfədir. Öz yurdlarına qayıdan Azərbaycan vətəndaşları bununla da öz evlərində yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO