Siyasi 20.06.2024 22:44

“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kipr modeli” hazırda Qərbi Azərbaycan məsələsində aktuallaşır” adlı süjetdə vaxtilə Qarabağ münaqişəsində mütəmadi olaraq gündəmə gətirilən “Kipr modeli”nin hazırda Qərbi Azərbaycan məsələsində aktuallaşdığı bildirilir.

Qeyd olunur ki, indi Ermənistanda azərbaycanlıların öz evlərinə qayıdışından sonra Qərbi Azərbaycan ərazisində bu modelin tətbiqinin planlaşdırıldığına dair müzakirələr aparılır: “Qarabağ münaqişəsi mövcud olanda Ermənistan və onun havadarları “Kipr modeli”nin Azərbaycan ərazisində həyata keçirilməsinə çalışırdı. Lakin Azərbaycanın siyasi iradəsi belə bir modelin tətbiqinə qarşı idi və 44 günlük müharibə, ardınca 24 saatlıq anti-terror tədbirləri ermənilərin və onların havadarlarının Qarabağ üzərindəki planlarını darmadağın etdi”.

Vurğulanır ki, Kipr modelinin Qərbi Azərbaycanda tətbiqi nəzəri və praktiki baxımdan mümkündür: “Qərbi Azərbaycan tarixi torpağımızdır və o ərazilərdəki mülkiyyət hüquqi da azərbaycanlılara məxsusdur. Qərbi azərbaycanlılar SSRİ dövründə Ermənistan SSR-nin pasportlarına malik olublar. Bu amil soydaşlarımızın öz tarixi yurdlarına hüquqi varisliyini təsdiq edir və onların mümkün qayıdışı ssenarisi beynəlxalq hüquqda təspit olunur”.

Diqqətə çatdırılır ki, Ermənistanda 300 min azərbaycanlının geri qayıdacağı, ardınca onların təhlükəsizliyi üçün Azərbaycan və Türkəyənin Qərbi Azərbaycana qüvvələr yerləşdirəcəyi, daha sonra isə azərbaycanlıların öz müqəddəratını təyin etmə hüququndan istifadə edəcəyi iddiaları müzakirə olunur. Əsas proqnozlar Qərbi Azərbaycanda Kipr modelinin tətbiq ediləcəyinə aiddir. Bunu İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan da iddia edir.  Onun sözlərinə görə, rəsmi Bakı və Ankara Qərbi Azərbaycan planını həyata keçirməyə hazırlaşır.

Sonda vurğulanır ki, azərbaycanlıların yığcam yaşayacağı Göyçə, Zəngəzur kimi bölgələrdə Qərbi Azərbaycan Respublikasının yaranması perspektivi heç vaxt istisna edilməməlidir: “Hadisələrin bu istiqamətdə inkişaf edib-etməyəcəyi isə böyük ölçüdə Ermənistandan asılıdır. Rəsmi İrəvan azərbaycanlıların öz evlərinə ləyaqətli şəkildə qayıtmasını, o cümlədən, onların təhlükəsizliyini təmin edərsə, hadisələrin bu istiqamətdə inkişaf etməyə də bilər. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə etməklə, Qərbi Azərbaycanla bağlı pozulmuş tarixi ədaləti özü təmin edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO