“Qərbi Azərbaycanı erməniləşdirmək siyasətində Fransa böyük rol oynadı” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni məkrini tez başa düşən I Nikolay erməni vilayətini ləğv edib, İrəvan adını bərpa etdi” adlı veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Fransanın Qərbi Azərbaycanda arxeoloji mədəniyyət nümənələrinin saxtlaşdırılmasından söz açır.
O bildirib ki, Qərbi Azərbaycanı erməniləşdirmək siyasətində Fransa böyük rol oynadı. 1886-cı ildə Qərbi Azərbaycanda tapılan türklərə məxsus artefaktlar Luvra daşındı. 1886-cı ildə Boğutlu dağında tapılan türk izlərini Jak de Morqan Fransaya apardı. Fransa XİN-in xüsusi tapşırığı ilə Qərbi Azərbaycanda arxeoloji mədəniyyət nümənələri saxtlaşdırıldı”.
Onun sözlərinə görə, ilk dəfə Ermənistan termini ruslar Qərbi Azərbaycanı işğal edəndə işlədilir: “Erməni məkrini tez başa düşən I Nikolay erməni vilayətini ləğv edib, İrəvan adını bərpa etdi. Qərbi Azərbaycanı son iki min ərzində türk tayfaları və hökmdarları idarə edib. Matenadaran gizlədilən mülkiyyət sənədləri bütün Qərbi Azərbaycanda olan ərazilərin türklərə məxsus olduğunu sübut edir”.
Tədqiqatçı deyib ki, Akop Papazyanın çap etdirdiyi “Matenadaran fars sənədləri” kitabında Qərbi Azərbaycanda olan mülklərin türklərə məxsusluğu sübut olunur: “Papazyan ermənilərin XIX əsrdə Qərbi Azərbaycanda türk mülklərini erməniləşdirilməsini ifşa edib. Ermənilər birinci dəfə Qafqaza 1441-ci ildə ticarət üçün gəlib, Üçmüədzində məskunlaşıblar. Dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Cahanşahın əmri ilə Qafqaza gələn erməni keşişlər 600 il ərzində burada özlərinə yalançı tarix uydurdu”.
R.Əlizadə sonda vurğulayıb ki, Fransada olan 1721-ci il xəritəsi erməni yalanını ifşa etdi: “Avropa dövlətlərindən əlaqələri inkişaf etdirmək üçün ermənilər müxtəlif məzhəblər qəbul ediblər. San-Ladzaro adasında indiki Ermənistanın tarixi yazılıb. Qafqazdan aparılan türk-xristian irsini San-Ladzaroda erməniləşdirdilər. Azərbaycan mənbələrini Avropada redaktə edib, erməni adı ilə təqdim etdilər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.