Sosial 29.12.2019 09:53

Qərbi Azərbaycanlıların deportasiyası – Anım günü keçirildi - FOTO

“LALƏNDƏ” sarayında Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyinin təşkilatçılığı ilə “23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü” adlı möhtəşəm tədbir keçirildi.

Rakus.az xəbər verir ki, tədbirdə çoxsaylı soydaşlarımız, QAQB üzvləri, qonaqlar,alimlər, şairlər, ictimai xadimlər, İrəvan Dövlət Azərbaycan dram teatrının direktoru və aktyor kollektivi, tanınmış incəsənət ustaları, aşıqlar Bəhmən Goyçəli,Sənan Qursalı, müqənni Arif İdrisoğlu iştirak və çıxış etdilər. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Azərbaycan Respublikası prezidentinin indiki Ermənistanın tarixi İrəvan xanlığının, Goyçə, Zəngəzurun əraziləri üzərində qurulduğu barədəki tarixi çıxışını əks elətdirən video-rolikln təqdimatı ilə işinə başladı. Tədbiri açan QAQB sədri Rizvan Talıbov tədbir iştirakçılarını, qonaqları salamlayaraq tədbirin məqsəd və məramı haqqında geniş məlumat verdi.

QAQB sədri xüsusi olaraq qeyd etdi ki, Azərbaycanlı əhali tarixi yurdlarından, indiki Ermənistandan zaman-zaman, mərhələlərlə deportasiyaya və sürgünlərə məruz qoyulmuşlar. 1948-1953 cü illərdə, ermənilərin fitvası ilə,SSRİ-nin diktatoru Stalinin 23 dekabr 1947-ci ildə imzaladığı 4083 saylı fərmanı ilə iki yüz minə yaxın dinc Azərbaycanlı əhali Azərbaycanın yaşayış üçün tam şəraitsiz və əlverişsiz olan Kür-Araz ovalığı bölgəsinə faktiki olaraq sürgün olundular. Onların böyük əksəriyyəti şəraitsizlikdən və iqlimə uyğunlaşa bilməməkdən həlak oldular. Ona görədə Birlik olaraq hesab edirik ki, 23 dekabr Ermənistandan Azərbaycanlı əhalinin deportasiyası və soyqırımı günü kimi Azərbaycan dövləti tərəfindən rəsmi olaraq, dövlət səviyyəsində tanınmalıdır. 23 dekabr tarixi Ermənistanda yaşamış Azərbaycanlı əhalinin soyqırımı və deportasiyası tarixi kimi Dünya Azərbaycanlıları və bütün Türk dünyası,tərəqqipərvər Dünya ictimaiyyətləri tərəfindən hər il qeyd edilməlidir! Sədr eyni zamanda bildirdi ki, 1988-ci il Azərbaycanlı əhalinin indiki Ermənistandan, tarixi Qərbi Azərbaycan torpaqlarından son deportasiyası hadisəsindən isə 31 il vaxt keçir.31 ildir ki,bizlər yurdlarımıza getməkdən məhrum olmuşuq. 31 ildir ki,o,yurdlarımızda dünyalarını dəyişmiş, o, yurdlarımızda əbədi uyuyan əzizlərimizin qəbr evlərini belə ziyarət etməkdən məhrumuq! İndiki Ermənistanda Azərbaycanlı əhaliyə aid,dəyərləri yüz milyardlarla dollarla ölçülən şəxsi əmlakları ermənilər tərəfindən əvəzsiz olaraq qəsb edilib! Bütün bunlar Azərbaycanlı əhalinin insani hüquqlarının çox kobud və açıq şəkildə pozulmasıdır! Bizlər bütün bu məsələləri Beynəlxalq Təşkilatlara və Avropa İnsan Hüquqları Məhkəməsinə çıxartmalıyıq! Digər çıxışçılar professor Pərviz Səmədbəyli, BDM sədri İsmayıl Ağayev və digərləri çıxış edərək QAQB tərəfindən irəli sürülmüş təkliflərə dəstəklərini ifadə edərək, belə bir möhtəşəm tədbir təşkil etdikləri üçün təşkilatçılara təşəkkürlərini bildirdilər.

Tədbirdə İrəvan Dövlət Azərbaycan dram teatrının aktyorlarının,teatrın tanınmış aktyoru Niyaməddin Səfərəliyevin ssenarisi əsasında, yüksək peşəkarlıqla hazırladıqları deportasiyaya həsr olunmuş iki hissəli səhnəcikdə nümayiş olundu. Aparıcılar Zöhrə Xəlilinin və Bəhruz Hikmətoğlunun, İrəvan teatrının aktyorları Niyaməddin Səfərəliyevin, Zəki Fətəliyevin, Arzuman Tanrıverdinin, Samir Əliyevin, Xədicə Məmmədovanın, Səbinə İmamverdiyevanın, Sevinc Bəxtiyarın ifalarında yurd nisgilli, yurd həsrətli bayatılar, şeirlər, aşıqlar Bəhmən Göyçəli, Sənan Qursalı, müğənni Arif İdrisoğlunun ifalarında yurd həsrətli, acılarla dolu qürbət həyatına həsr olunmuş mahnılar səsləndirildi.

Tədbir QAQB sədri Rizvan Talıbovun yekun nitqi və İrəvan Dövlət Azərbaycan dram teatrının direktoru İftixar Piriyevin müəllifi olduğu, ”Qalx,qalx Azərbaycan” mahnısının, İrəvan teatrının aktyorlarının, aparıcılarının, müğənnilərin birgə ifaları və tədbir iştirakçılarının sürəkli, ayaqüstə alqışları altında işini uğurla başa vurdu! Tədbirin uğurunda zəhməti keçmiş hər kəsə,xüsusən Laləndə sarayının sahibi Oruc müəllimə və kollektivinə yaratdıqları təmənnasız,yüksək şəraitə görə, İrəvan teatrının direktoru İftixar Piriyevə və aktyorları Niyaməddin Səfərəliyevə, Zəki Fətəliyevə, Arzuman Tanrıverdiyə, Samir Əliyevə, Xədicə Məmmədovaya, Səbinə İmamverdiyevaya, Sevinc Bəxtiyarıyə, tədbirin ssenarisinin müəllifi Niyaməddin Səfərəliyevə, aparıcılar Zöhrə Xəlili və Bəhruz Hikmətoğluna, tədbirə qatılmış hər kəsə,mətbuat və televiziya nümayəndələrinə Birliyimizin çoxminlik üzvləri adından çox-çox təşəkkürlərimizi çatdırmağı özümüzə borc bilirik!

Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri
Qərbi Azərbaycanlıların deportasiyası tədbiri

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO