Müsahibə 20.11.2023 20:01

“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi hüquq elmləri doktoru, professor Əmir Əliyev olub. O, doğulub boya-başa çatdığı Zəngəzur mahalı, Mehri rayonu, Nüvədi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, qədim tarixə malik olan Nüvədi kəndinin spesifik xüsusiyyətləri olub. O, 1988-1991-ci illərdə Nüvədi sakinlərinin çox böyük dəyanət göstərdiyini, erməni millətçilərinə qarşı sonadək mübarizə apardığını diqqətə çatdırıb. Vurğulayıb ki, Nüvədi Qərbi Azərbaycanın ən son tərk edilən yaşayış məntəqəsi olub.

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququndan söhbət açan professor Ə.Əliyev deyib ki, soydaşlarımızın bu hüququnu heç kim, yaxud hansısa dövlət məhdudlaşdıra bilməz. Hüquqşünas Ermənistan dövlətinin azərbaycanlıların deportasiyasını, məcburi qovulmalarını “könüllü köç” kimi qələmə verməsini xatırladaraq, rəsmi İrəvanın bu iddiasının tamamilə əsassız olduğunu konkret faktlarla, beynəlxalq sənədlərə, hüquqa istinad etməklə ortaya qoyub.

O qeyd edib ki, ötən əsrin 1905-1907, 1918-ci illərində erməni-daşnak birləşmələrinin, 1948-1953, 1988-ci illərdə isə Ermənistan dövlətinin Qərbi Azərbaycan türklərini deportasiyaya məruz qoyması, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirməsi soyqırımına səbəb olub.

Professor Ə.Əliyev Ermənistanın formalaşmış adət normalarına qarşı çıxaraq beynəlxalq hüquq pozuntusu törətməsindən, mədəni irsimizə vurduğu ziyandan, bunun həcmini hesablamağın qeyri-mümkünlüyündən də söhbət açıb.

Onun sözlərinə görə, beynəlxalq aləm, xüsusən də BMT Qərbi Azərbaycan türklərinin hüquqlarının təmin edilməsinə dəstək olmalıdır: “Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə soydaşlarımızın pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır. Tarixi torpaqlarımıza qayıtmaq hər bir Qərbi azərbaycanlının haqqıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 20.11.2023 20:01
“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 20.11.2023 17:13
“Nəsil ağacı” filmi gənclər üçün nümayiş olunub - FOTO
Gündəm / 20.11.2023 00:02
Erməni terroru – Qarakənd faciəsindən 32 il ötür
Elm və təhsil / 19.11.2023 10:38
Ardanış orta məktəbini bitirənlər 50 il sonra görüşdülər - FOTO
Maraqlı, Sosial / 18.11.2023 20:13
Ağbulaq camaatı kəndi ermənilərdən necə qoruyub? - FOTO - VİDEO
Sosial / 18.11.2023 12:54
Təməli XVI əsrdə qoyulan Ağbulaq kəndi – ANONS
Siyasi, Təhlil / 18.11.2023 10:00
İrəvan-Bakı arasında birbaşa dialoq kimlərə sərf etmir? – TƏHLİL
Hadisə, Maraqlı, Sosial / 17.11.2023 19:59
“Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” - FOTO - VİDEO
Dünya, Təhlil / 17.11.2023 16:39
Doqquz sentə dəyməyən “907-ci düzəliş” – TƏHLİL
Mətbuat, Siyasi / 17.11.2023 16:20
“Qərb Rusiyanı Ermənistandan çıxarmağa köklənib” – Fuad Hüseynəliyev
Maraqlı, Sosial / 17.11.2023 13:25
“Ermənilər işıqları söndürür, insanları qorxudurdular” – Elzadə Süleymanovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 17.11.2023 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İqtisadi, Sosial / 16.11.2023 20:15
İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı - FOTO - VİDEO
İqtisadi, Siyasi / 16.11.2023 14:36
Ermənistanın Qərbi Azərbaycanda “gizli silahı” – ANONS - VİDEO
Maraqlı, Siyasi / 15.11.2023 19:54
Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO
Hadisə, Sosial / 15.11.2023 13:17
“Allahverdi rayonu – Daşların yaddaşına yazılmış tarix” – ANONS
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO
Gündəm / 12.11.2023 00:03
Bu gün Konstitusiya Günüdür
Siyasi, Təhlil / 09.11.2023 20:05
Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO
Mətbuat / 09.11.2023 12:24
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Futbol Turniri MƏTBUATDA
Gündəm / 09.11.2023 00:41
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO