Təhlil 19.09.2024 22:00

“Rəsmi Bakı bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bölgə “qaynar qazana” çevrilib” adlı süjetdə Azərbaycan-Ermənistan danışıqları və bölgədə baş verən proseslərdən bəhs olunur.

Bildirilir ki, proseslərin gərgin mərhələyə qədəm qoyması istənilən an “partlayışın” baş verə biləcəyi gözləntiləri artır və əsas diqqət Zəngəzura – Qərbi Azərbaycan torpaqlarına yönəlir: “Çünki rəsmi Bakı və İrəvan xətti üzərindən davam edən geosiyasi mübarizədə açar nöqtə Zəngəzur dəhlizidir. İran Zəngəzur dəhlizinə görə “müharibəyə başlamaq” kimi bəyanatlar verir. Bölgə faktiki olaraq, “qaynar qazana” çevrilib və hadisələrin istənilən an nəzarətdən çıxması riskləri getdikcə artır”.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyan “sülh sazişi layihəsində olan 17 maddənin 14-ü razılaşdırıldığını bəyan edib: “Erməni baş nazir Bakıya təklif edir ki, razılaşdırılan maddələr üzərində sülh müqaviləsi imzalansın. Bu, rəsmi İrəvanın diplomatik oyunudur. Belə ki, Paşinyan “yarımçıq sülh sazişi” imzalamaqla həm ölkəsində Konstitusiyanı dəyişdirməkdən imtina etmək, həm də rəsmi Bakının sərhədin delimitasiyasında baza prinsipini dəyişdirmək imkanını əlindən almaq, beləliklə, Qərbi Azərbaycan torpaqları üzərində legitimlik qazanmaq istəyir. Lakin Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq, bütün məsələlər razılaşdırılmalıdır”.

Süjetdə rəsmi Tehranın ciddi əsas gətirmədən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ilə bağlı İran mətbuatında dərc olunan, rəsmi şəxslərin dilindən səsləndirilən təhdid xarakterli yazılara yer verilir.

Diqqətə çatdırılır ki, İranın müharibə xəbərdarlıqları daha çox Rusiyanı dəhliz layihəsinə dəstək verməkdən çəkindirmək məqsədi daşıyır: “Bu kontekstdə Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan iddia edir ki, Zəngəzur dəhlizi Azərbaycanın Qərbi Zəngəzura nəzarəti bərpa etməsi istiqamətində əsas addımdır. Erməni diplomat Edqar Qazaryan isə deyir ki, Paşinyanın mətbuat konfransında söylədiyinə görə, Azərbaycan Konstitusiyasına əsasən Zəngəzurun (Sünik), Göyçə mahalının Çəmbərək (Geqarkunik), Vedi  (Aratat), Şəmşəddin (Tavuş) rayonları, eləcə də Dərələyəz (Vayots Dzor) mahalı onlara məxsusdur. Bununla belə rəsmi İrəvan Azərbaycandan Konstitusiyasını dəyişdirməyi tələb etmir. Əslində Paşinyan bununla Azərbaycana qaytarılacaq ərazilərin siyahısını açıqladı”.

Sonda vurğulanır ki, Ermənistanda belə fikirlər mütəmadi olaraq səsləndirilir və əsas məqsəd Paşinyan hakimiyyətini ittiham etmək olsa da, reallıqdan uzaq deyil.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO