Təhlil 04.07.2024 16:16

Qərblə Şərq arasında mövqeyin göstəricisi – TƏHLİL

Azərbaycan dünyanın aparıcı gücləri ilə münasibətləri yüksək səviyyədə saxlayır, inkişaf etdirir. BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü ilə müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlıq və əlaqələrə dair müqavilələr imzalanıb.

Azərbaycanla iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində TŞ-nin daha bir üzvü olan Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub.

Həmin sənəddə tərəflər beynəlxalq və regional vəziyyətin tektonik, mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.

Bu, Azərbaycanla Çinin əlaqələrinin istiqamətlərinin göstəricisidir.

Sənəddə tərəflər biri-birinin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyiblər. Bundan başqa Çin tərəfi Azərbaycanın təklif etdiyi Ermənistanla bağlı sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Bəhs etdiyimiz maddə həm də Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin Çin tərəfindən dəstəkləməsi deməkdir.

Sənəddə, həmçinin Ermənistanın perspektivdə regionda aparacağı mümkün terrorizm, separatizm və ekstremizm təhdidlərinin rəsmi Pekin tərəfindən qarşısının alınacağı da vurğulanıb.

Milli xüsusiyyətlərə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstəyin verilməsinin davam edəcəyi, tərəflərin bu istiqamətdə əməkdaşlıq edəcəyi Çində Azərbaycan mədəniyyətinin izlərinin araşdırılmasına da yardım edəcəyi istisna olunmur.

Sənəddə vurğulanıb ki, tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə xələl gətirən hər hansı bir hərəkətdən çəkinirlər.

Bu, tərəflərin Azərbaycan və Çinin strateji maraqlarına xələl vuran addım atmayacaqları anlamına gəlir.

Sənəddə Çinin “Orta Dəhliz” üzrə əməkdaşlığı da vurğulanıb. Bu həm də perspektivdə Pekinin Zəngəzur dəhlizinin realaşmasına dəstək verəcəyi ehtimalını artırır. Həmin maddə belədir: “Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir”.

Bu həm də Qərblə Çinin “Orta Dəhiz” layihəsində bir mövqedən çıxış etməsi deməkdir.

Birgə Bəyannaməni aşağıdakı kimi ümumiləşdirə bilərik:

– tərəflər iqtisadi-ticarət sahəsində əməkdaşlığa diqqəti artıracaq;

– infrastruktur, rəqəmsal iqtisadiyyat, kommunikasiyalar və başqa bu kimi sahələrdə birgə layihələr həyata keçirəcək;

– qarşılıqlı investisiya qoyulacaq;

– hər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsi gücləndiriləcək, “bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlıq dərinləşəcək;

– elm və texnologiya sahəsində əməkdaşlıq inkişaf etdiriləcək;

– tərəflər dil mübadiləsi sahəsində əməkdaşlıq edəcək;

– mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsi artacaq;

– Azərbaycanla Çin yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyəcək;

– tərəflər inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə edəcək;

– Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-də iştirakı davamlı olacaq.

Çinlə strateji əməkdaşlığa dair bəyannamənin qəbulu rəsmi Bakının beynəlxalq aləmdə Qərblə Şərq arasında ortaq mövqeyinin göstəricisidir. Bu, Azərbaycanın aparıcı dövlətlərlə əməkdaşlıq, bərabərhüquqlu tərəfdaş kimi çıxış etmək imkanını bir daha təsdiqləyir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO