Gündəm 23.05.2019 17:07

Qəzalı bina sakinləri haray qoparır - VİDEO

Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

Rakus.az xəbər verir ki, 15 ailənin qorxu içində yaşadığı dördmərtəbəli yataqxanada sakinlər icra hakimiyyətinin məsələyə biganə yanaşmasından şikayətlənirlər.

“İki il əvvəl İcra Hakimiyyətinin əməkdaşları gəlib dedilər ki, bu yataqxanada olan hər bir otağa görə birdəfəlik müavinət veriləcək. Lakin sonra nədənsə qohum olan şəxsləri bir ailə kimi göstərdilər və bir otağın müavinətini ödədilər”, – deyə sakinlər bildirir.

 Onlar məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini deyirlər.

Sözügedən məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynovun sözlərinə görə, həmin binada yaşayan ailələrə 35 min manat birdəfəlik maddi yardım ödənilib.

“Suraxanı rayon İcra Hakimiyyətinin başçısının sərəncamıına əsasən, komissiya yaradılmışdı və yataqxana sakinlərinin siyahısı dəqiqləşdirilmişdi. Orada 71 ailə və üç qeyri-yaşayış obyektinə maddi yardım ayrılması nəzərdə tutulmuşdu”, –  M.Hüseynov bildirir.

Qurum rəsmisi bu məsələdə sakinlərin saxtakarlığa yol verdiyini deyir:

“Komissiya ailələrin sayını dəqiqləşdirən zaman saxtakarlığa rast gəlmişdi. Fövqaladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı rəy verdikdən sonra sakinlər öz aralarında alqı-satqı ediblər”.

Məsələni araşdıran hüquqşünas Namiq Mustafayevlə telefon bağlantısı yaratdıq. Onun sözlərinə görə, sakinlər binanı boşaltmadıqları üçün İcra Hakimiyyəti məhkəmədə iddia qaldırıb.

“Ailələr dəfələrlə İcra Hakimiyyətinin inzibati məhkəməsində kompensasiyanın ödənilməsi, birdəfəlik maddi yardımın ödənilməsi adı altında çoxsaylı iddialar qaldırıblar. Heç bir iddiaları qəbul olunmadı və məhkəmə tərəfindən əsassız hesab edildi”.  (Oxu.az)

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO