Sosial 02.09.2019 11:24

Qırxıncı günün kədəri… – Tələbə yazır

Çətin olduğunu hiss edirəm. Həmişəki kimi cümlələri yan- yana düzməyi bacarmıram. Əksinə, yazır, silirəm. Necə başlayacağımı bilmirəm. Adətim üzrə bir az düşünüb, təmkinlə ilk cümləni yazıb, sonra davamını gətirməliyəm…

40 gün keçdi…40 gündür ki, aramızda yoxsunuz, Süleyman əmi. 40 gündür ki, Günəşin doğuşunu və batışını izləyə bilmirsiniz. Bir o qədər müddətdir ki, sizin sevən hamı yas tutur, kədərlənir, göz yaşı axıdır… Çoxları üçün yaşamaq mənasızlaşsa da, 40 gündür ki, bu zalım dünya dağılmır. Həyat davam edir. Yəqin, Bakı kimi Antalya da dəyişməyib. Yenə zəhlətökən tıxaclar, formal salamlaşmalar, görüşlər, iclaslar… Şəhəri də qınanılası deyil. Nə etsin ki? Lakin, yadınızdadırsa, vafat etdiyiniz gündən (22 iyul) bir neçə gün əvvəl Antalyada çox gur yağış yağdı. Heç belə olmazdı. Özü də iyul ayında. Əksəriyyət kimi, mən də təəccüblənmişdim. Bəlkə də, şəhər əvvəlcədən kimi itirəcəyini hiss etmiş və göz yaşı tökmüşdü. Bəlkə də, yağan yağış Antalyanın ağlaması idi.

Dediyim kimi, 40 gün keçdi, əmi. Mən sizin bildiyiniz, təxmin etdiyiniz kimi günlük həyatımı yaşayıram. Hər gün işə gedir, evə gəlirəm. Arada bir də yoldaşlarla görüşürəm. Bir kitab üzərində işləyirəm. İnşallah, yaxşı olar. Əgər çapdan çıxsa birini mütləq Samirə hədiyyə edəcəm. Narahat olmayın, idmanla da məşğul oluram. Bilirəm, sizi ən çox maraqlandıran məsələ budur. Vüsal müəllimin məşq saatına gedirəm. Sağ olsun, diqqət və qayğısını əsirgəmir. Hadisədən xəbər tutanda o da kədərləndi. Elə bu günlərdə bilirsiz nə oldu? Məktəbin müəllimlər otağında idman formamı geyinəndə bir anlıq sizi yanımda hiss etdim. “Qaqaş, paltarlarını səliqə ilə qatla ha. Mən uzaqdayam, sənə kömək edə bilmirəm.” deyirdiz. Söz verirəm, həmişə səliqəli olacam.


Gənclik dostlarınızdan biri olan cüdo üzrə Əməkdar məşqçi İbad müəllimə də vəfatınız barədə mən xəbər verdim. Yarışda idik. Eşidəndə tutuldu. Elə bil, inanmaq istəmirdi. Bir az üzümə baxandan sonra ehtiyatla soruşdu “Bizim Süleyman?”. Təsdiq mənasında başımı tərpətdim. Məzəmmət etdi məni: “İndiyə kimi neçə dəfə danışmışdıq, niyə demirdin?”. Sonra da cavab gözləmədən ayağa qalxıb məndən uzaqlaşdı, harasa getdi. Daha görmədim.

Bu yaxınlarda müstəqil Azərbaycanın ilk Olimpiya çempionundan-eyni məhəllədə böyüdüyünüz, eyni zalda məşq etdiyiniz, ən xoş və acı günləri birlikdə keçirdiyiniz Nazim Hüseynovdan 50 illik yubileyi ilə əlaqədar müsahibə alırdım. Sizi də xatırladı. Dedi ki, Süleyman qardaşımızın vaxtsız dünyasını dəyişməsi hamımızı kədərləndirdi. Bəlkə də, suallar versəm daha çox danışardı sizdən. Bunu söhbətimizin sonuna yaxın vurğuladığı “İnsan yaşlandıqca uşaqlığı üçün daha çox darıxır” sözləri sübut edir. Yəqin, sizdən darıxıb. Gör, neçə vaxtdır bir- birinizi görmürsünüz. Nazim əmini qınamıram. Çünki mən də darıxmışam sizin üçün. Çox darıxmışam.

Redaktorumuz Murad müəllim dünyanızı dəyişdiyinizi biləndə, elə həmin dəqiqə tapşırdı ki, qəzetdə başsağlığı verək: “”Olimpiya dünyası” qəzetinin kollektivi iş yoldaşları Kənan Novruzova əzizi Süleyman Məmmədovun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”. Amin!

Xatirənizi əbədiləşdirmək üçün əvvəl istədim bir sənədli povest və ya roman yazım. Lakin düşündüm ki, sənədli film çəkmək daha məqsədəuyğun olar. İndi fakültəmizin tədris- təcrübə studiyasının açılmasını gözləyirəm ki, kameranı götürüm. Mütləq o filmi çəkəcəyik. Düşünürəm ki, əzizlərinizlə yanaşı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Xanlar Qurbanovun, yuxarıda adını çəkdiyim Nazim Hüseynovun, İbad müəllimin, Vüsal müəllimin fikirlərini öyrənmək də yerinə düşər. Qoyun, sizin haqqınızda xatirələrini bölüşsünlər. Adını da müəyyənləşdirmişəm artıq filmin: “Ləyaqət nümunəsi.” Çünki ömrünüzün sonuna kimi ləyaqətinizi həmişə qorudunuz, uca tutdunuz.


Evdə, demək olar, hər gün sizi xatırlayır, sizdən danışırlar. Əlbəttə, xatırlanmayası insan deyildiniz. Amma mən həmin anlarda o söhbətlərdə iştirak etməməyə çalışıram. Çünki yoxluğunuzu qəbul etmək istəmirəm. Terri Koenin “Bunu sənin üçün edəcəyəm” romanında dediyi kimi, ölüm yoxluğu bildirən sözdür. Siz isə varsınız. Və həmişə var olacaqsınız. Sadəcə, ola bilsin, çox uzağa getmisiniz. Lakin bir gün mütləq görüşəcəyik.

40 gündür ki, beləcə keçir. Sissiz keçir amma. “Sizə başqa nə deməliyəm”-deyə düşünürəm. Bəlkə də, ehtiyac yoxdur. Onsuz da özünüz hər şeyi görür, eşidirsiniz. Hətta mənim bilmədiklərimdən belə, xəbərdarsınız.
Yadınızdadır, bir dəfə bizdə olanda “Qaqaş, tərpənmə” deyərək telefonunuzu çıxarıb şəklimi çəkmiş, sonra mənə göstərmişdiniz. Sən demə, özüm belə fərqində olmadan belimi əymişdim. İrad tutmuşduz. Söz verirəm, bundan sonra heç vaxt belimi əyməyəcəm. Çünki sizin kimi həmişə fəxr edəcəyim bir əmim var.

Ola bilsin, vəfatınıza o qədər də kədərlənmirəm. Ona görə ki, şərəfli bir 50 il yaşadığına və xeyirxah əməllərinizin nəticəsində indi cənnətdə olduğunuza inanıram. Fəqət, hərdən son zəngimin cavabsız qaldığını xatırlayanda və ya məşhur türk mahnısındakı “Bu dünya sultan Süleymana qalmadı…” sözlərini eşidəndə elə möhkəm tutuluram ki. Üzümü bir qaraltı bürüyür. Ətrafdakıların heç biri fərqində olmasa da, uşaqlığıma, Yeni ildə, Novruz bayramında hədiyyə alıb bizə gəldiyiniz günlərə qayıdıram. Sonra tez də özümü toparlayıram. 40 gün belə keçib. Qarşıda isə hələ bir ömür var. Necə olacağını bilmirəm. Məni çox çətin sınaq qarşısında qoydunuz, əmi.

Görüşərik …

Kənan Novruzov,
BDU jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO