Sosial 03.05.2019 15:02

Qiymətlər süni artır, yoxsa… – Iqtisadçı

Son aylarda ölkəmizdə sosial proqramların effektiv icra olunması əhalinin gəlirlərini gözəçarpacaq dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən minimum əmək haqqının 38.5 faiz, məcburi köçkünlərin aylıq müavinətlərinin 50 faiz, pensiya və təqaüdlərinin məbləğinin isə yarıdan çox artımı,həmçinin yeni Prezident təqaüdlərinin təsis olunması ölkə rəhbərinin həssas əhali qruplarına göstərdiyi diqqəti təcəssüm etdirir. Belə ki, problemli kreditlərin həlli istiqamətində qəbul edilmiş mexanizmlər, dollar krediti olan vətəndaşlara aşağı məzənnələrlə kreditlərin hesablanması və artıq ödənilmiş pullar üzrə kompensasiyaların verilməsi Azərbaycan dövlətinin köməyə ehtiyacı olan vətəndaşlarına dəstəyini ifadə edir.

…Sosial tədbirlər planı təsdiq olunduqdan sonra mağazalarda məhsulların qiyməti sözün məcazi mənasında “at oynatdı”. Hələ artımlarını kartlarında hiss etməyən insanlar bazarın qiymət alovuna düşdü. Zəruri qida məhsulu hesab olunan soğanın və kartofun qiymətinin artması ilə başlayan yüksəliş, ən aşağı qiymətli “Orbit”saqqızın qiyməti 50 qəpikdən 70 qəpiyə dəyişdikdə uşaqları aldatmaq üçün deyilən “ Saqqız satan baba ölüb!” cümləsi mənə də qəribə gəlmədi.
Bahalaşma süd məhsullarındada müşahidə edilir. Dovğa istehsal edən firmalardan biri məhsulun 2 ay əvvələ kimi 0.85 manata, indi isə 1 manat 15 qəpiyə satır.

Şokalad məhsullarında da qiymətlər ürəkaçan deyil. Belə ki, 1 ay əvvəl 63 qəpiyə təklif olunan “Sinikers”-də  hazırda 25-26%-lik artım var.
Qeyri-ərzaq mallarında da qiymət artımı hədsiz dərəcəyə çatıb. Ümumilikdə, bazarda hər məhsulda 35-40%-lik artım var. Vətəndaşlar isə bundan çox narahatdır.

Ağdam rayonundan məcburi köçkün Əli Cahangirov cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarına olan diqqətinə görə təşəkkür etdi: Ölkə başçısı bizlərə hər zaman  qayğı göstərir. Dövlət maddi vəziyyəti yaxşı olmayan insanların dayaq yeridir. Lakin ölkədə məhsul edən şirkətlər öz mənfəətləri üçün süni qiymət artırırlar. Bazarı təhlil etsəniz görərsiniz ki, sosial müavinətlərin artım faizi qədər bahalaşma var.

Kəlbəcər rayonundan məcburi köçkün Xaləddin Tağıyev bahalaşmanın çox olmasından gileylənir.  O mal və xidmətlərdə bahalaşma yaradan işbazlara qarşı tədbirlər görülməsini istəyir: Aldığımız maaş təlabatımızı ödəmir.  Prezidentimiz əmək haqlarını, pensiyaları və məcburi köçkünlərin sosial müavinətlərini artırdı.Allah canın sağ eləsin, hər zaman bizə dəstək göstərir. Məhsul istehsal edən firmalar isə sui-istifadə edib bahalaşma yaradıblar. Ət, yağ, süd, qeyri ərzaq məhsullarında ciddi bahalaşma var. Hesab edirəm ki, zəruri tələbat mallarında qiymətlərin artması əhalinin maddi rifahına mənfi təsir edir.

Qiymətlərə nəzarət olmalıdır…

Nəzərə alsaq ki, xarici valyutanın məzənnəsi sabit qalıb,xaricdən idxal olunan məhsullara rüsumlar artırılmayıb, ÜDM-də iri pay sahibi olan neft və qazın qiyməti ucuzlaşmayıb, həmçinin başqa mühüm iqtisadiyyata təsir edənfaktorlar olmayıb, o zaman bahalaşmanın süni olduğun demək olar.Son günlər kartofun və soğanın qiymətinin 2 dəfə artması alıcı kütlənin narazılığına səbəb oldu. Dövlət strukturlarının müdaxiləsi nəticəsində qiymətlər tənzimləndi. Düzdür, Kənd təsərrüfatı məhsullarına edilən davamlı təzyiq istehsalçıların məhsula olan marağını azaldar, nəticədə ölkə iqtisadiyyatında qıtlıq yaranar.

Hələ qədim dövrlərdə iqtisadi məktəblər “azad iqtisadiyyat” və “dövlət tənzimlənməsi” anlayışlarına müxtəlif fikirlər bildiriblər. Bazar iqtisadiyyatı prinsipləri ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə, bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən edilir. Ancaq bu, bəzi “işbazların” mal və xidmətlərə istədiyi qiyməti qoyaraq bahalaşma yaradırlar. Monopolist bazarlarda dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarının aradan qaldırilmasına yönəldilir.

Ümid edirik ki, hazırki qiymətlər aidiyyatı dövlət strukturlarında araşdırılacaq  və lazimi tədbirlər görüləcəkdir…

Arif Salahov
İqtisadçı  jurnalist

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO