Siyasi 30.05.2024 22:18

“Sameqrelo Respublikası”na erməni diasporu və millətçiləri dəstək verib - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın dəfələrlə dilə gətirdiyi və siyasi xətt olaraq seçdiyi “Tarixi Ermənistan real Ermənistan üçün təhlükədir” tezisinə yer verilir.

Bildirilir ki, Paşinyan “real Ermənistan”, yəni qondarma miflərin və ərazi iddialarının olmadığı bir ölkə qurmaq niyyətindədir: “Əslində  erməni baş nazir ölkəsinin gələcək mövcudluğunun bundan asılı olduğunu anlayır və erməniləri ağıllandırmaq istəyir. Çünki Qərbi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran erməni millətçilər saxta tarix üzərindən “böyük Ermənistan” ideologiyası yaradıb və bu gün bütün qonşu ölkələrin həm tarixinə, həm də ərazisinə göz dikib”.

Qeyd olunur ki, ermənilər təkcə bizə qarşı yox, həm Gürcüstana, həm də İrana qarşı da eyni iddiaları irəli sürürlər: “Ermənilər Gürcüstanda “svan və meqrel” kartını da daim əllərində rıçaq olaraq saxlayıb, hətta etnik separatizmi körükləmək cəhdləri də ediblər. Qondarma “Sameqrelo respublikası” iddiasına ən çox dəstək verən də erməni diasporu və millətçiləri olub”.

Vurğulanır ki, bu gün Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərliyi ilə etiraz hərəkatının başlaması, Paşinyana qarşı aparılan anti-təbliğat məhz Qərbi Azərbaycan məsələsi üzərində qurulur. Belə ki, Fransadakı erməni diasporunun əsas rəhbərlərindən olan daşnak Murad Papazyan iddia edir ki, Qazaxın 4 kəndinin qaytarılması Zəngəzurun, Geqrnukin və İrəvanın qaytarılması, nəhayət Ermənistanın Qərbi Azərbaycana çevrilməsidir. ABŞ-da “Ay Data” erməni milli komitəsinin mətbuat katibi Elizabet Çuljiyan da iddia edir ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur və Göyçə mahalıdır. O, bunun qarşısını almaq üçün Paşinyanı devirməyə çağırış edib. Aydındır ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması hüququ Ermənistan daxili siyasətində mübarizə elementinə çevrilib. Lakin Ermənistan hakimiyyətinin erməni miflərini dağıtmaq istiqamətində inamlı addımları Paşinyanın hələ də güclü tərəf olduğunu təsdiq edir”.

Sonda vurğulanır ki, Ermənistan 1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılıb və həmin vaxt ərazisi cəmi 10 min kvadratkilometr olub: “SSRİ dövründə Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımız Ermənistana birləşdirilib. Ona görə də Azərbaycan məhz 1920-ci illərin xəritələrini aktuallaşdıra, real Ermənistanın 1918-ci ildəki ərazilərdə mövcudluğunu irəli sürə və sovetlər dövründə ermənilərə verilən Qərbi Azərbaycan torpaqlarını tələb edə bilər. Bu halda azərbaycanlıların evlərinə qayıdışını Azərbaycan dövləti özü həll edəcək. Yaxud Ermənistan soydaşlarımızın yurdlarına qayıdışını təhlükəsiz şəraitdə təmin edə, bununla da dövlət kimi ən azı mövcudluğunu qoruya bilər. Əks təqdirdə, “real Ermənistan”ın ərazisi 10 min kvaratkilometrə qədər azala bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 30-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO