Mətbuat 17.02.2025 22:39

“Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olub. O, ötən əsrdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı bir neçə dəfə soyqırımı və deportasiya törədildiyini diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycanın bütün ərazilərini əhatə edən kütləvi qırğınlar zamanı ermənilər hətta uşaqlara, hamilə qadınlara da aman verməyib, onları qəddarlıqla qətlə yetiriblər.

Parlamentin üzvü vurğulayıb ki, bütün bu dövrlərdə soydaşlarımızın üz tutduğu, pənah gətirdiyi regionlardan biri də Naxçıvan olub. Onun sözlərinə görə, sovet hakimiyyətinin son illərində Qorbaçov hakimiyyətinə arxalanan ermənilər sadəcə Qərbi Azərbaycanda deyil, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları sıxışdırıblar. Bu çərçivədə Qərbi Azərbaycandakı soydaşlarımız daha böyük ədalətsizliklərlə üz-üzə qalıblar.

Deputat V.Rəhimzadə qeyd edib ki, 1988-1991-ci illərin deportasiyasında Naxçıvan camaatı, o cümlədən Ümummilli Lider Heydər Əliyev Qərbi azərbaycanlı qaçqınlara gücü çatan səviyyədə dəstək olmağa çalışıb. Naxçıvanın özü ağır blokada şəraitində olsa da muxtar respublika sakinləri azərbaycanlı bacı-qardaşlarına doğmalıq göstərib, öz evindən zorla qovulan, psixoloji sarsıntı keçirən soydaşlarımızın burada məskunlaşmasına köməklik ediblər. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra sadəcə Qərbi azərbaycanlıların deyil, ümumilikdə qaçqın və məcburi köçkünlərin probleminə həssas yanaşılıb.

Millət vəkili V.Rəhimzadə Ordubad və Culfa rayonunda vaxtilə məskunlaşan Qərbi azərbaycanlılarla görüşündən də söhbət açıb. Deyib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşmasından sonra regionda yeni reallıq yaranıb. İşğaldan azad olunan ərazilərdə sürətli bərpa-quruculuq prosesinin başladılması, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması Qərbi Azərbaycandan vaxtilə deportasiya olunan soydaşlarımızda yeni ümid yaradıb. İndi onlar inanırlar ki, gün gələcək, tarixi torpaqlarına qayıda biləcək, ata-babalarının məzarlarını ziyarət edəcəklər. Deputatın fikrincə, hazırda hər bir azərbaycanlının ən böyük hədəfi tarixi torpaqlarımıza qayıtmaqdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 17-də saat 19:30-da Baku Tv-nin efirində, saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO