Mədəni 28.09.2024 22:57

“Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yeri” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yolu” adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Zərkəndin tarixi, irsi, abidələri və mədəni nümumələri araşdırılıb.

Bildirilib ki, kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Kəndin ilk adı 1890–1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır.

Süjetdə Qədim Kalafalar kəndinin yerində 1480-ci ildə salınmış Zərkəndin adı ilə bağlı əhvalata toxunulur: “Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirib ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil adlandırılmağa başlanıb. Kəndin ikinci adı 1890–1892-ci illərdən 1935-ci ilin yanvarın 3-nə qədər Zərzibil olub. Kəndin üçüncü adı olan Zərkənd sözünün mənası “Zər” “Qızıl” “Kənd” isə “Oba” və yaxudda “El” mənasını bildirir. 1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olub”.

Qeyd olunur ki, kənddə 1831-ci ildən  1988-ci ilədək azərbaycanlılar yaşayıb. Kənd rayon mərkəzi Basarkeçərdən 17 kilometr məsafədə yerləşir. 1935-ci il yanvarın 3-də kəndin adı Zərkənd, 1991-ci il aprelin 19-da isə  kəndin adı Kut qoyulub.

Süjetdə 1800 il əvvəl şaxta üsulu ilə çıxarılan qızılın fılizdən təmizlənib, emal olunduğu, bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yoluna, Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yerinin qalıqlarına aydılıq gətirilir.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni, Sosial / 28.09.2024 22:57
“Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yeri” - FOTO - VİDEO
İdman / 28.09.2024 08:58
Bu gün “Baku Ws”-“Gənclər 2020”, AZƏRTAC – “Zəfər 44” ilə qarşılaşır - FOTO
Elm və təhsil, Siyasi / 27.09.2024 22:05
“Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı” - FOTO - VİDEO
İdman / 27.09.2024 20:51
Sülhlə bitən matç – “Veteranları” liderlikdən 2 top ayırdı - FOTO
İdman / 27.09.2024 16:31
“Veteranlar”, yoxsa “Turan” birinci olacaq?
Təhlil / 27.09.2024 15:00
Anım Günü: zəfərə gedən yol
Elm və təhsil, Sosial / 27.09.2024 12:36
Bizanslıların bazarının yerləşdiyi kənd – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 27.09.2024 12:35
“Ermənilər itimizi güllələdilər” – Elara Şükürovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 27.09.2024 12:05
Prezident İlham Əliyev Zəfər parkında olub – YENİLƏNİB - FOTO - VİDEO
Gündəm / 27.09.2024 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – YENİLƏNİB
İdman / 27.09.2024 09:22
“Göyçə” qrupu lider tamamladı - FOTO
Gündəm, Hərbi / 27.09.2024 08:54
İkinci Fəxri xiyaban – anım mərasimi başlayıb – YENİLƏNİB
Gündəm, Hərbi / 27.09.2024 00:01
Azərbaycanda Anım Günü qeyd olunur
Hərbi / 27.09.2024 00:00
Vətən müharibəsinin başlamasından 4 il ötür
Siyasi, Təhlil / 26.09.2024 22:39
Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək - FOTO - VİDEO
Təhlil / 26.09.2024 14:34
Ermənistan Qərbi Azərbaycana çevriləcək – ANONS - VİDEO
İdman / 26.09.2024 09:25
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur bu gün başlayır - FOTO
Elm və təhsil / 25.09.2024 22:45
“Alban hökmdarı Oroys “Kitabi Dədə Qorqud”dakı Taş Oğuz başçısı Aruzdur” - FOTO - VİDEO
Elm və təhsil / 25.09.2024 13:40
“Tiqranın ermənilərə aidiyyəti yoxdur” – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 24.09.2024 22:16
Ağzıbir, Ağin, Ağıllı və Ağyar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 24.09.2024 18:26
“Niyə Azərbaycan ermənilərin təhlükəsizliyini təmin edir, amma azərbaycanlıların təhlükəsizliyini Ermənistan təmin etmir?” ” - VİDEO
Elm və təhsil, Siyasi / 24.09.2024 14:16
Ermənistanın toponim oğurluğu – ANONS - VİDEO
İdman / 24.09.2024 14:00
Turnirin 2-ci turun yaddaqalan MƏNZƏRƏSİ - FOTO
Müsahibə, Video müsahibə / 24.09.2024 13:22
“Ermənistan dövləti diaspora tərəfindən idarə olunur” – ANONS - VİDEO
İdman / 24.09.2024 11:35
Turnirin 2-ci tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO
Elm və təhsil, Müsahibə / 23.09.2024 21:35
“Abbasqulu bəy olmasaydı ermənilər daha böyük qırğınlar törədəcəkdi” - FOTO - VİDEO