Maraqlı 21.03.2023 11:11

“Bir ömür yaşadın bu dünya üstə…”

Yarım əsrlik həyatımda oxuduğum kitablardan müdrik kəlamları, atalar sözlərini həmişə ayrıca bir dəftərə yazardım. Bu, mənim üçün uzun müddət xobbi halına çevrilib və dadıma çox çatıb… Əlbəttə, insanın gənclik illərində gördükləri, eşitdikləri sonrakı həyat fəaliyyətində çox lazım olur, zəkanın, bilik və bacarığın nümayişi üçün sanki əsas yaradır.

Təbii ki, məni bu sözləri çox həvəslə qələmə almağa vadar edən səbəb mədənicə gözəl bir eloğlunun, eyni kənddə böyüdüyüm, gündəlik olmasa da həftədə azı bir dəfə rastlaşdığım şəxslə əlaqədar gecə yarısı sosial şəbəkədə oxuduğum “BİR ÖMÜR YAŞADIM BU DÜNYA ÜSTƏ” cümləsi oldu. O, bu cümlə ilə 1965-ci il martın 21-də dünyaya göz açmasını xatırladaraq özü-özünü təbrik edib.

Bu misra məni həqiqətən çox duyğulandırdı. Qoşqar Vəlini yaxşı tanıdığım üçün onun nə demək istədiyini sanki anladım: Abad kənd tüstüsündən, Abad məclis aşığından, Maral baxışından, Qartal duruşundan bəlli olduğu kimi, Yaxşı oğul da danışığından bəlli olur.

Doğrusu, onun boya-başa çatdığı nümunəvi ailəsinə olan sevgimin kökündə ata-anamın bəslədiyi hörmət, verdiyi dəyərlər dayanır.

Rəhmətlik Abduyev Vəli bizim üçün ən sevimli müəllim, təlim-tərbiyənin atası hesab olunub. Onun məktəb illərində səhər-səhər radiogücləndirici ilə təhsillə bağlı verdiyi elanlar indidə qulağımızda eynən səslənir. O, məlahətli səs tonu, danışıq tərzi, davranışı, ictimai mədəniyyəti, etikası və ailəcanlığı ilə yaddaşlara hopub. Vəli Abduyevi xatırlamamaq mümkün deyil. Böyütdüyü 10 uşağın hər biri xarakteri, davranış və təhsili ilə həmişə seçilib. Əlbəttə, “ot kök üstə bitər” deyimi əbəs yerə yaranmayıb.

QOŞQAR VƏLİ OĞLU ABDUYEV 58 il əvvəl Göyçə mahalının Ardanış kəndində doğulub. Onun təhsil, iş ilə bağlı İrəvan, Bakı, eləcə də Rusiyanın bir çox  şəhərində enişli-yoxuşlu həyat hekayəsi var.

Onu mənə tanıdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gedən yol olub. Mənim tələbəlik, Qoşqarın isə subaylıq çağı, 1994-1995-ci illərin payız-qış ayları…

Mən həm teatr rejissorluğu ixtisası üzrə təhsil alır, həm də o vaxt ən mötəbər sayılan Dövlət İnformasiya Agentliyi –  AZƏRTAC-da müxbir işləyirdim. O isə Krasnoyarsk şəhərindən qayıtmışdı. Söhbətimiz, xarakterimiz bir-birimizə çox uyğun gəlirdi. O fizika üzrə təhsil alsa da jurnalistika peşəsinə xüsusi məhəbbəti vardı. Onu indiki M. Ə. Rəsulzadə qəsəbəsindən şəhərin mərkəzinə hər gün ərinmədən gətirən məhz onun böyük həvəsi idi. Həmin illərdən Qoşqar bəylə bağlı xatirəmdə qalan bu sözlərdir: Dürüstlük, canıyanımcıllıq, bacarıq, istedad, bilik, səmimiyyət və insanlıq.

Ümumiyyətlə, Allah o kəsləri sevir və istəyinə çatdırır ki, onlar təmiz qəlbli, saf olur, dostu dostuna, düşməni də düşməninə satmır. Qoşqar bu gün gözəl atasının adını daşıyan bir oğlu ilə fəxrlənir. Çünki kiçik Vəli babasının nümunəvi yolunu tərbiyəsi, istedadı və təhsili ilə yaşadır. Əminik ki, onun bu yolu uğurlu olacaq, ən azından atasının arzularının çin olması üçün kifayət edəcək.

Mənim üçün Qoşqar sözün əsl mənasında səmimi, etibarlı dost, mehriban qardaş, alicənab vətəndaşdır. Qoşqar Vəli yaxşı vicdan sahibi kimi poeziyanı sevən şəxsdir, onun haqqında hətta kitab da yazmaq olar, baxmayaraq ki, o, özü də kitab yazmağı çox sevir. Onun el-oba duyğusu, Vətən həsrəti,  yurd-yuva yanğısı yazdığı məqalələrdə, şerlərdə daim duyulur. Dövri mətbuatda gözəl qələmi ilə seçilən, nümunəvi davranışları ilə yaddaşlarda qalan Qoşqar Vəlinin gözəl Novruz bayramında dünyaya gəlməsi, bu yaranışın özü belə bir xoşbəxtlikdir. Təbiətin oyandığı, torpağın isinişdiyi bu gündə doğulan insan təbii ki, insanları isinəşdirər, doğmalaşdırar, təbiət, gözəllik, sevgi duyğuları ilə zənginləşdirər.

Bir sözlə, Qoşqar Vəlini təbrik etmək vicdanım üçün RAHATLIQ, ona gözəl və sağlam ömür arzulamaq ruhum üçün OVQAT, bundan sonrakı həyat hekayəsini nümunəvi duruşu ilə başa vurmaq istəyim isə mənəviyyatım üçün BORCDUR. Çünki vicdan, ruh və mənəviyyat üçlüyü insaniyyətin şahənşahlığıdır. Qoşqar Vəli varlığı da məhz bu üçlükdən ibarətdir.

Əziz dost, bunu heç vaxt unutma: Dağlar qarıynan, torpaq varıynan tanındığı kimi, Sən də mənəvi saflığınla tanındın, sevildin… 

Əziz dost, Sənin atdığın daş heç vaxt baş yarmaz, sənin tövlən belə düşmənin qonaq otağından qat-qat yaxşıdır… 

Doğrudan da SƏN BİR ÖMÜR YAŞADIN BU DÜNYA ÜSTƏ…

Xatırlatma: Abduyev Qoşqar Vəli oğlu 21 mart 1965-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1972-1982-ci illərdə Ardanış kənd orta məktəbində təhsil alıb. 1982-ci ildə Rusiyanın Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində Ali Hərbi Komandirlər məktəbinə daxil olub. Müəyyən səbəblərdən təhsilini davam etdirməyib. 1983-198-ci illərdə BYSTT-da təhsil alıb və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Təyinatla mühəndis – texnoloq ixtisaı üzrə Bakı şəhərində yerləşən “Ulduz” zavoduna göndərilib. 1989-1991-ci illərdə Bakı Dəzgahdüzəltmə zavodunda təchizatçı, 1991-1993-cü illərdə Bakı Taxıl Kombinatında mühəndis işləyib. 1993-2003-cü illərdə Rusiyanın Krasnoyarsk şəhərində özəl sektorda çalışıb. 2003-2004-cü illərdə Bakı şəhərində LLT MMC Şirkətində əməliyyatçı, 2004-2005-ci illərdə “Qoliaf ” şirkətinin poçt daşıma şöbəsində menecer və baş menecer, 2005-2010-cu illərdə “Şimşək” firmasında, 138-saylı Yasamal poçtamtında, Mərkəzi Poçtamtın yükdaşımalar üzrə “EMS” şöbəsində müxtəlif işlərdə çalışıb. 2010-cu ildən hazırkı dövrədək  “Bakıelektirikşəbəkə ASC-də və paralel olaraq, AAY-nın xüsusi təyinatlı şöbəsində çalışır.

2011-ci ildə çapdan çıxan” Göyçə aşıq və şairlərinin yaradıcılığında Aforizm və Nəsihətlər” kitabının redaktorudur. (müəllif Vaqif Kərim ). Hazırda “Erməni məsələsi və Türkiyə tarixində onun izi” kitabının rus dilindən azərbaycan dilinə tərcüməsi ilə məşğuldur. Paralel olaraq “Ardanışda izim qaldı” kitabı üzərində işləyir. Ailəlidir. Bir övladı var.

Əsgər Əlioğlu

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO