Qaşlarınızın seyrək olmaması üçün bunalrı edin – MƏSLƏHƏT
Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər.
Sarımsaq
Ta qədim zamanlardan bəri sarımsaq tük əmələ gətirmə xüsusiyyətinə görə istifadə edilir. Bu tərəvəzi iki yerə bölüb qaşlarınıza çəkin. Əgər qoxudan narahat olsanız, qaşlara daha sonra limon və gül suyu çəkə bilərsiniz.
Badam yağı
Badam yağı əsasən bədəndəki dəri dartılmalarının qarsının alınmasında istifadə edilsə də seyrək qaşlar üçün də çox faydalıdır. Yağı pambıgın üzərinə əlavə edib qaşlarınıza çəkin. 1 ssat sonra isə iliq su ilə yuyun.
Zeytun yağı
Təbii nəmləndirici olan bu yağ qaşları da gurlaşdırır. Gecə yatmazdan əvvəl zeytun yağı ilə qaşlarınızı 1-2 dəqiqə masaj edin. Yumadan yatın.
Fındıq yağı
Seyrək qaşlar üçün istifadə edilən bir digər yağ da fındıq yağıdır. Onu pambığa əlavə edib qaşlarınıza çəkin və 1 saat sonra yuyun.
Kokos yağı
Hindli qadınların qaş, saç baxımında istifadə etdiyi kokos yağı əsl möcüzədir. Soyuq sıxım olan bu yağla qaşlarınızı yüngül masaj edin və 1 saat sonra yuyun.
Sonda onu qeyd edək ki, bütün bu yağ növlərini istifadə etmədən əvvəl dərinizdə ona qarşı allergiya olub-olmadığını yoxlayın. Bunun üçün yağdan bir damlanı biləyinizə çəkib gözləyin. Qızartı və qaşınma olduğu təqdirdə istifadə etməyin.